Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi
Bəzi insanlar sıfırdan başlayar və böyük pullar qazanar, hər kəs onların pullarından danışar, ölümlərindən sonra isə unudularlar. Bu yazıda bəhs olunan şəxs tamam fərqli insandır. Onun həyatı tarix kitabı kimidir. O, gözünü Osmanlılarla açdı, ilk addımlarını Gənc Türkiyə Cümhuriyyəti ilə atdı, böyüyən Türkiyə ilə böyüdü, nəhəng oldu, amma nəhəngliyini göstərmədi. “Dövlət varsa, mən də varam” dedi. O, özlüyündə simvola, quruma çevrildi. O, türk özəl sektorunun yaranması və inkişaf tarixini sözün əsl mənasında öz əlləri ilə yazıb. Bu şəxsin adı Koç şirkətinin qurucusu Vehbi Koçdur.
Vehbi Koç 1901-ci ildə Ankarada anadan olub. O, 1927-ci ildə təməli qoyulan Koç Holdinqin qurucusudur. Ankaradan olan 250 yaşlı ailədən olan Vehbi Koçun uşaqlıq illərində nə işığı, nə suyu, nə də kömür sobası olub. Vehbi Koç çox uğurlu tələbəlik illəri keçirib, ətrafındakı insanlar bu uğuru görüb. İbtidai məktəbi birinci bitirdikdən sonra Ankaradakı “Taş Mektep” adlı liseydə oxuyub. Məktəbdəki uğurlarına baxmayaraq, Vehbi Koç iş həyatına girmək üçün məktəbi tərk edib və erkən yaşda işləməyə başlayıb.
Vehbi Koç 1917-ci ildə atası ilə birlikdə baqqal dükanlarında tacir olaraq işə başlayıb. Ayaqqabı elastikləri, qənd, zeytun, makaron kimi məhsulların satışına başlayır. Türkiyə sənayesinin qabaqcıllarından olan Vehbi Koçun iş həyatı belə başlayır. 1926-cı ildə Vehbi Koç atasının işini öz üzərinə götürür. Beləliklə, Koçzade Ahmet Vehbi şirkəti qurulur. Ticarətlə məşğul olduğu müddətdə “Ford” və “Standard Oil” kimi xarici şirkətlərin Türkiyə təmsilçisi olmaqla biznesini genişləndirib.
1934-cü ildə sənaye sahəsində ilk cəhdini edən Koç, Haliç Sütlücedəki Hovagimyan Qardaşlarının boru fabrikinə ortaq olur. Lakin hesablamalar düzgün aparılmadığından fabrik müflis olur. Vehbi Koç Holdinqin ilk filialını 1937-ci ildə İstanbulda açıb. 1950-ci illərdə avtomobil, ağ əşyalar, radiatorlar, elektron cihazlar, tekstil, kibrit və buna bənzər bir çox məhsul üçün yerli istehsalda addımlar atdı. 1948-ci ildə Koç “General Electric”i Türkiyədə elektrik lampası fabriki qurmağa razı salaraq ortaq sərmayəyə girdi və fabrik 1952-ci ildə istehsala başladı. 1954-cü ildə Türk avtomobil sənayesinin ilk quruluşu olan Türk Traktör istehsala başladı. Türkiyə Dəmir Döküm Fabriki açıldı. Holdinq yarandıqdan sonra yeni şirkətlər bir-birinin ardınca getdi. 1966-cı ildə “Anadol” markalı avtomobillər Anadolu yollarına çıxdı. “Tat” Tomat Pastası Zavodu 1967-ci ildə yaradıldı. 1968-ci ildə Türkiyə avtomobil sənayesində mühüm addım atıldı və “Fiat” ilə ortaq şəkildə “Tofaş” quruldu. 1971-ci ildə “Tofaş” Sultan Muratın adını daşıyan Murat markalı avtomobillərin istehsalına başladı. 1970-ci ildə Türkiyənin ilk ixrac kapitalı şirkəti olan Ram fəaliyyətə başladı.
Koç Holdinqin sahibi olan Koç ailəsi Türkiyənin ən zəngin ailələri sırasındadır. Vehbi Koçla başlayan və öz işi ilə bu günə qədər gələn Koç Ailəsi ailənin ən böyüyü Vehbi Koçu 1996-cı ildə 94 yaşında ikən itirdi. Rahmi Koç 1984-cü ildə Koç Holdinqə rəhbərlik edib. Rahmi Koç bu vəzifəni 2003-cü ilə qədər davam etdirdi. Daha sonra o, təqaüdə çıxıb və Koç Holdinqin İdarə Heyətinin sədri vəzifəsini oğlu Mustafa Koça təhvil verib. O, 2016-cı ilə qədər bu vəzifədə olub.
Hazırda Mustafa Koçun qardaşı Ömər M. Koç idarə heyətinin başçısı vəzifəsindədir. Vehbi Koçun qızı Semahet Koç Arsel də idarə heyətinin üzvü fəzifəsində çalışır.
1927-ci ildə 26 yaşında olan Vehbi Koç Ankara taciri Sadullah Aktar bəyin qızı Sadberk xanımla evlənib. Onun xalası qızı olan Sadberkdən dörd övladı var (Semahat Koç Arsel, Sevgi Koç Gönül, Suna Koç Kıraç və Rahmi Koç). Vehbi Koç 1996-cı il fevralın 25-də Antalyada vəfat edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay