Ölənə qədər işləyənlər – Onlar neçə saat artıq işləyiblər?
2015-ci ildə Yaponiyada reklam agentliyində işləyən 24 yaşlı Matsuri Takahaşi adlı gənc qadın həddindən artıq işdən ölüb. Səlahiyyətlilərin açıqlamasına görə, o, bir ay ərzində 105 saat artıq işləyib və ölümündən əvvəl sosial media hesabında vəziyyətini belə izah edib: “Saat 04:00-da bədənim titrəməyə başladı. Öləcəm, çox yoruldum”.
Digər misal Çin Bank Nəzarəti və Tənzimləmə Agentliyində çalışan Li Jianhuadır. O, 2014-cü ildə vacib bir hesabatı tamamlamaq üçün bütün gecəni işləyir və səhər qəflətən ölür.
Həyat yoldaşı və qızından uzaqda işləyən Coi Tocnangın hekayəsi də buna bənzəyir. 2014-cü ilin aprelində Yaponiyanın mərkəzində bir tökmə şirkətində işləyən 27 yaşlı Tocnang yorucu iş qrafikindən sonra şirkətinin yataqxanasında vəfat etdi. Səlahiyyətlilər, Tocnangın ölümünün birbaşa işləmək məcburiyyətində qaldığı uzun saatlarla əlaqəli olduğunu müəyyən edir.
Bunlar “Karoşi”-ə nümunələrdir. “Karoşi” Yaponiyada “ölümə səbəb olana qədər işləmək” mənasına gəlir.
Yaponiyada hər il 10 min insan bu səbəbdən həyatını itirir. Bu ölümlərin heç bir mənbəyi yoxdur. Bu, davamlı stress nəticəsində yaranan yuxusuzluq, bayılma və yorğunluq, ürək xəstəlikləri, beyin qanaması, intiharlar, həddindən artıq və uzun müddət işləmək, gərginlik və çox işləmək nəticəsində sağlamlıq problemlərindən yaranan müxtəlif ölüm səbəbləridir.
Pandemiya uzunmüddətli stress, yuxu çatışmazlığı və sosial təcridin fiziki və psixoloji təsirləri ilə bağlı geniş yayılmış narahatlıqlara səbəb olmuşdu.
“Karoşi” nəticəsində ölməni belə təsvir edirlər:
İşçi ölümündən əvvəl 24 saat fasiləsiz və ya ölümündən əvvəlki son 7 gündə 16 saat fasiləsiz işləməlidir.
1990-cı illərdə, əsasən orta yaşlı iş adamlarının o qədər çox saat işlədiyi və ya fiziki uğursuzluqdan öldüyü, ya da ofisə qayıtmaq əvəzinə həyatlarına son qoymağı seçmələrinin hekayələri Yaponiyadan kənarda fərqli bir mədəniyyət hadisəsi kimi qarşılanmışdı.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay