Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
Bir çox insanlar peşə seçimi edən zaman çətinlik seçirlər. Orta məktəbi qurtarandan sonra nə ilə məşğul olacaqlarını dəqiqləşdirə bilmirlər. Ya universitetə daxil olur, ya da digər sahələrdə çalışmağı seçirlər. Amma demək olmaz ki, hər universitet oxuyan da öz ixtisası üzrə işləyir. Peşə seçimi edən zaman bir çox nüanslara diqqət etmək lazımdır. Bunlardan birincisi, insanın özünü tanıması və nə istədiyini bilməsidir.
Peşə seçimi baxımından özünü tanımaq, insanın karyera seçimində rol oynayan şəxsi jefiyyətlərinin göstəricisidir. Bu, insanın şəxsi xüsusiyyətlərini aydın və düzgün qiymətləndirə bilməsi deməkdir. Peşə seçiminə təsir edən ən mühüm şəxsiyyət elementləri qabiliyyətlər, maraqlar və dəyərlərdir.
Maraqlar
Ailənin sosial-iqtisadi vəziyyəti insanın peşə seçimində mühüm amildir. Sosial-iqtisadi vəziyyəti səviyyəsi aşağı olan ailələrdə gənclərin öz qabiliyyət və maraqlarına uyğun peşə seçmələrinə dəstək verilmədiyi müşahidə edilib. Araşdırmalar sosial-iqtisadi yüksək olan ailələrdə bunun əksini ortaya çıxarıb. Əgər insan kortəbii olaraq hansısa işlərlə məşğul olur və ondan razıdırsa, deməli, işini sevir. Ona hər hansı bir təzyiq və ya mükafat vəd olunmadığı halda, işlərini yaxşı görürsə, o həqiqətən də sevdiyi işdə çalışır.
Peşəkar Dəyərlər
İnsan davranışının məqsədi müəyyən ehtiyacları ödəməkdir. İnsanlar həyatlarının təxminən üçdə birini əhatə edən peşəkar fəaliyyətlərdən məmnunluq gözləyirlər. Peşəkar fəaliyyətin sonunda gözlənilən məmnuniyyət ümumiyyətlə peşəkar dəyər adlanır.
Bacarıqlar
Bacarıqlar istedad öyrənmək gücü və müəyyən bir təhsildən faydalanmaq gücü kimi müəyyən edilə bilər. İstedad irsi potensialın təhsil və ətraf mühitin təsiri ilə inkişaf etdirilən hissəsinə aiddir. Beləliklə, insanın müəyyən yaşa qədər formalaşdırdığı bacarıqlara baxaraq yeni təhsil prosesindən nə qədər faydalana biləcəyi təxmin edilir.
Karyera seçimi
İnsan öyrənmək, düşünmək və problemləri həll etmək gücünə malik olan, ətraf mühitə dinamik şəkildə uyğunlaşa bilən, öz istəklərinə uyğun olaraq mühitini dəyişə bilən varlıqdır. İnsanların əsas ehtiyacları əsrlər boyu əhəmiyyətli dərəcədə dəyişməyib. Bununla belə, onların ehtiyaclarını ödəyən obyektlər və onları əldə etmə yolları çox böyük inkişafdan keçib və indi də inkişaf etməkdə davam edir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay