Məşhur idmançı çəkildiyi filmlə rekord qırıb
Son 30 ildə Hollivudda əyləncə dünyasına keçən peşəkar idmançıların sayında böyük artım müşahidə olunur.
Valyuta.az xəbər verir ki, yüngül çəkidə keçmiş UFC çempionu Konor Makqreqor da bu idmançıların sırasına qoşulub. O, “Road House” filmində baş rolu ifa edib. Keçmiş çempion Hollivuddakı debütünü 1980-ci illərin klassik döyüş filminin remeykində edib. Hansı ki, sözügedən filmi məşhur rejissor Duq Layman 35 ildən sonra yenidən işləyib.
İrlandiyalı atlet bu filmdə debütündə ən çox qazanan aktyor olduğunu iddia edib. Makqreqor məşhur "The Rock" ləqəbli Dvayn Consonun 5,5 milyon dollarlıq maaş rekordunu qırıb. Makqreqorun filmə görə qazandığı rəsmi qonorar tam məlum deyil. Ancaq “Good Morning Britain”ə müsahibə verən idmançı filmdən aldığı maaşla öyünüb və özünü bu sahədəki debütündə ən çox gəlir qazanan idmançı elan edib.
“Ginnesin Rekordlar Kitabı”na görə, ən yüksək qazanc 2001-ci ildə çəkilmiş “Mumiya qayıdır” filmi ilə kino dünyasına qədəm qoyan Consona məxsus olub.
Makqreqorun çəkildiyi film son dərəcə müsbət rəylər alıb. Konorun performansı da yenidən hazırlanmış filmin yüksək qiymətləndirilməsinin səbəblərindən biri kimi göstərilib.
Duq Layman və Ceyk Gillenhala filmin büdcəsi ilə bağlı iki variant təqdim edilib. Filmin kinoteatrlarda nümayişi üçün 60, müxtəlif platformalarında göstərilməsi üçün isə 85 milyon dollar təklif olunub. Ancaq rejissor və 43 yaşlı baş rol ifaçısı Gillenhal 85 milyonluq büdcəni seçərək, köməkçi aktyorların da yaxşı maaş almasına şərait yaradıb.
Filmlərdə çəkilmiş məşhur idmançılardan Arnold Şvartsnegger cəmi 23 yaşında dünyanın ən yaxşı bodibilderinə verilən “Mr. Olympia” mükafatına layiq görülüb. O, indiyəcən həmin mükafatı qazanan ən gənc idmançı rekordunu qoruyur. 1969-cu ildə “Herkules” filmində rol alan məşhur aktyor 12 min dollar qazanıb.
Dünyaca məşhur digər idmançı Mayk Tayson isə “The Hangover” filmindəki kiçik roluna görə 100 min dollar qazanıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay