Bakı restoranlarında imsak menyuları – QİYMƏTLƏR
Ramazan ayında oruc tutan şəxslərin çoxu imsaklarını evdə etsə də, restoranlara da imsak üçün üz tutanlar heç də az deyil. İmsak menyularında müxtəlif isti və soyuq yeməklər müştərilərə təklif olunur. Bəzi restoranlarda bu, menyu şəkilində, bəzilərində isə açıq bufet şəkilindədir.
Valyuta.az Bakıda yerləşən bəzi restoranların imsak menyularının qiymətlərini təqdim edir.
Kolorit Kafe
Kalorit Kafedə imsak menyusunun bir nəfər üçün qiyməti 12 manat təşkil edir. Menyuya yumurta, sosis, vetçina, bilinçik, siqara börək, kərə yağı, pendir (ağ və holland), şor, qaymaq, bal, pomidor, xiyar, mürəbbə, çay daxildir.
Menyu yalnız Nizami küçəsi 83 ünvanında (Torqovıy) yerləşən filiala aiddir.
Ferma Art
İmsak menyusunun qiyməti 13 manat 90 qəpikdir. Menyuya qaynadılmış yumurta, pendir (holland və keçi), xama, bal, südlü lopa, şokalad yağı, südlü bilinçik, qarışıq zeytun, kərə yağı, pomidor, xiyar, daxildir. İsti yeməklərdən də tavada sumaqlı yumurta, sadə kükü, pendirli qayğanaq seçə bilərsiniz.
Fəvvarələr meydanı
MADO Azərbaycan
İmsak açıq bufetdir. Ramazan ayı boyu, hər gün MADO-nun Nərimanov filialında saat 02:30 - 05:00 arası servis edilir. Bir nəfər üçün qiymət 20 manat 90 qəpik təşkil edir. Menyuya kərə yağı, pendir çeşidləri, zeytun (qara və yaşıl), bal, qaymaq, meyvə-tərəvəz, quru meyvələr, mürəbbə, isti yeməklər, sosiska-kolbasa çeşidləri, fırın məhsulları, bilinçik növləri, desertlər, isti və soyuq içkilər daxildir.
Özsüt Baku
Restoranda hər gün sahurda 53 çeşiddən çox məhsul servis edilir və açıq bufet şəkilindədir. 03:00-dan etibarən sahur etmək üçün restorana yaxınlaşa bilərsiniz. Qiymət bir nəfər üçün 20 manat, 8-13 yaşa aralığında olanlar üçün 10 manat, 0-7 yaş arasında olanlar üçün ödənişsizdir.
Ünvan: “Atatürk parkı”: Gənclik m/st-nın çıxışı, Atatürk pr.
Zafar Cafe
Bir nəfər üçün qiyməti 15 manat olan menyuya yağ, pendir, bal, mürəbbə, xurma, zeytun, xiyar, pomidor, blinçik, sıyıq (düyü və ya manna), isti yeməklər (pomidor-yumurta və ya sucuklu yumurta), çörək və çay daxildir. İmsaka rezerv mütləqdir.
Xurma Lounge
İmsak menyusunun qiyməti bir nəfər üçün 15 manatdır. Menyuya kərə yağı, bal, qaymaq, əncir mürəbbəsi, ağ pendir, süzmə, holland pendiri, zeytun, pomidor, xiyar, qaynadılmış sosiska, kolbasa, yumurta (pomidor, omlet, qlazok, sucuklu), siqara börəyi, çay və xurma daxildir
Ünvan: Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli 27 Bakı.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay