Restoranda 2 nəfərlik menyunun orta qiyməti – Ölkələrin siyahısı
Azərbaycanda orta səviyyəli restoranda 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti 58 manat (34,1 dollar) təşkil edir.
Valyuta.az xəbər verir ki, bu barədə məlumatı məşhur araşdırma portalı “Numbeo” açıqlayıb.
Bildirilir ki, 2 nəfər üçün nəzərdə tutulan menyuya 3 cür yemək – salatlar, əsas yeməklər və desertlər daxildir.
Müqayisə üçün bildirək ki, region ölkələrində 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiyməti aşağıdakı kimi olub:
Ermənistan – 49,6 dollar;
Gürcüstan – 37,7 dollar;
Azərbaycan – 34,1 dollar;
Qazaxıstan – 33,3 dollar;
Rusiya – 33 dollar;
Belarus – 30,5 dollar;
Türkiyə - 28,1 dollar;
Özbəkistan – 24,1 dollar;
Ukrayna – 24,1 dollar;
İran – 22 dollar.
Onu da qeyd edək ki, 2 nəfər üçün nəzərdə tutulan menyunun orta qiymətinin ən yükəsk olduğu ölkə İsveçrə hesab olunur. Bu ölkədə 2 nəfərin restoranda yeməyə xərcləyəcəyi məbləğ 136,8 dollara bərabərdir. Bu göstərici Danimarkada 102,6 dollar, Norveçdə 95,6 dollar təşkil edir.
Ən ucuz menyu isə Banqladeşdə qeydə alınıb. Bu ölkədə 9,1 dollar ödəyərək 2 nəfər restoranda yemək yeyə bilər. Bundan başqa 2 nəfərlik menyunun orta qiyməti Pakistanda 12,5 dollar, Nigeriyada 12,6 dollar, Hindistanda isə 14,5 dollar təşkil edir.
© Yeni AVAz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay