Helium şarları ilə bağlı qanun qəbul edildi
ABŞ-ın Florida ştatında şarları qəsdən havaya buraxmaq tezliklə qeyri-qanuni ola bilər.
Valyuta.az xəbər verir ki, hələ 2023-cü ildə verilən təklifə əsasən şarları bilərəkdən havaya buraxmaq və bunu təşkil etmək qanunsuz hesab olunacaq. Bu cür hərəkətlər qanunla ətraf mühiti çirkləndirmək, zibilləmək kimi qəbul edilsə də, cinayət tərkibi yaratmayacaq. Qanun pozuntusuna yol verənlər 150 dollar məbləğində cərimələnəcək. Bunun 50 dolları Bərk Məişət Tullantılarının İdarə Edilməsi Etimad Fondunun qrant proqramına yatırılacaq. Altı yaşlı və daha kiçik uşaqlar qanundan azad ediləcəklər.
Elmi və ya meteoroloji məqsədlər üçün istifadə olunan şarların havaya buraxılmasına isə icazə veriləcək. Digər tərəfdən, qanun layihəsi Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının qaydalarında bioloji parçalana bilən şarlar üçün əvvəlki istisnanı da aradan qaldıracaq. Yeni qanun tısbağaların, delfinlərin, quşların və digər vəhşi heyvanların ətrafa düşən hava şarlarını yeməsi ya da onlara dolaşması təhlükəsindən qorumaq səylərinin bir hissəsidir. ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinin məlumatına görə, şarlar, xüsusən də uzun məsafələrə uça bilən heliumla doldurulmuş hava balonlarının heyvanları şikəst etdiyi və öldürdüyü uzun müddətdir məlumdur. Həmçinin heyvanlar onları qida kimi qəbul edir. Ancaq heyvanın mədəsi həmin maddəni həzm edə bilmir, bu da heyvanın tox qalmasına səbəb olur və onun qidalanmasının qarşısını alır. Nəticədə heyvan yavaş-yavaş aclıqdan ölür. Şarlara bağlanan iplər də quşların boğazına dolana, onları boğa və ya bəzən aclıqdan ölənə qədər bir nöqtəyə bağlaya bilər.
Floridadan başqa Arizona, Kaliforniya, Konnektikut, Kentukki, Men, Merilend, Tennessi və Virciniya ştatları da hava şarlarının havaya buraxılmasına məhdudiyyətlər qoyub.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay