BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
43160

Mərkəzi Yeni Zelandiyada yerləşən bir şirkət elektrik avtomobillərinin akkumulyatorlarında  yeni üsuldan istifadə etməyə başlayıb. 

Valyuta.az xəbər verir ki, şirkət akkumlyatorların hazırlanmasında yonqardan yararlanır. Onlar atılmış yonqarı sintetik qrafitə çevirməyi bacararaq mühüm bir irəliləyiş göstərmiş olub. Bununla da akkumulyatorlarda istifadə edilən qrafit üçün dünyanın Çindən asılılığını azalacağı gözlənilir. “CarbonScape” adlı şirkət, yonqardan əldə olunan alternativ qrafitin daha davamlı bir həll təklif etdiyini və Avropanın litium-ion batareyaları üçün Çindən asılılığını azaldacağını bildirib. 

Elektrikli avtomobil akkumulyatorlarının istehsalının açarı olan qrafit təbiətdə tapılan və hasil edilən bir maddədir. Sintetik qrafit neft məhsullarından istehsal olunur. Baş direktor İvan Vilyamsın dediyinə görə, “CarbonScape” tərəfindən yonqardan hazırlanmış qrafit ekoloji cəhətdən daha təmizdir. 

Mövzuyla əlaqədar “Euronews”a danışan şirkət rəsmisi, "Ənənəvi olaraq, sintetik qrafit istehsalında qalıq yanacaq əsaslı xammallardan istifadə edilir. İstehsal edilən hər ton qrafit üçün 35 ton karbon qazı buraxılır. Biz Avropa və Şimali Amerikada hər il istehsal olunan meşə məhsullarının beş faizindən azını istifadə etməklə qlobal qrafit ehtiyacının yarısını qarşılaya bilərik" - sözlərini söyləyib. 

Keçən il “CarbonScape” Finlandiya və İsveçin meşə təsərrüfatı şirkəti “Stora Enso” və Honq-Konqda yerləşən batareya istehsalçısı “Amperex”dən cəmi 18 milyon dollarlıq sərmayə alıb. 

“CarbonScape”in ​​yonqar ağacından sintetik qrafit istehsalından sonra, 2030-cu ilə qədər bu maddənin qlobal tədarükünün 777 min tona çatacağı gözlənilir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin