20 milyardlıq xəzinə ilə batan gəminin yeri gizlədilir
1708-ci ildə Karib dənizində batmış “San Xose” adlı İspaniya gəmisində 20 milyard dollar dəyərində qızıl, gümüş və zümrüddən ibarət xəzinə olması ehtimalı var.
Valyuta.az xəbər verir ki, Kolumbiya hökuməti əfsanəvi gəmini araşdırmaq planlarını açıqlayıb. Hökümət onların təşkil etdiyi ekspedisiyaya batmış gəmilərin müqəddəs qülləsi adlandırılan “San Xose”nin qalıqlarını araşdırmaq üçün işə başladığını elan edib. Tarixi qeydlər gəminin böyük xəzinə daşıdığını göstərir. Xəzinənin içərisində zümrüdlərlə dolu 100-dən çox polad sandıq, həmçinin Cənubi Amerikadakı İspan koloniyalarından toplanmış milyonlarla qızıl və gümüş sikkələr olduğu ehtimal edilir.
1698-ci ildə suya buraxılan gəmi, İspaniya Kralı V Filipin sarayına gedərkən, Kartagenanın cənubundakı Baru adası yaxınlığındakı döyüşdə batıb. Bilgilərə görə, həmin vaxt gəmidə olan qiymətli əşyalar kral xəzinəsinə aparılırmış. Tarixçilər bildirirlər ki, Baru yaxınlığında Britaniya donanması ilə qarşılaşdıqdan sonra baş verən döyüşdə barıt tankları partlayıb, gəmi məhv olub və 500-dən çox heyət üzvü həlak olub.
“Woods Hole” okeanoqrafiya institutunun əvvəlki ekspedisiyası batmış gəminin yerini hələ 2015-ci ildə müəyyən etmişdi, lakin indiyədək xəzinənin tapılması üçün heç bir cəhd edilməmişdi. Kolumbiya hökümətindən verilən açıqlamada, onu kəşf etmək üçün 2024-cü ildə təxminən 4,5 milyon dollar sərmayə ayrılacağı bildirilib. Hökumət həvəskar xəzinə ovçularının qarşısını almaq üçün ekspedisiyanın yerini gizli saxlayır. Tədqiqatçılar təxminən 600 metr dərinlikdəki gəminin ətrafındakı yerləri araşdırmaq üçün yeni texnologiyadan istifadəyə ümid edir. İndiyə qədər okeanoloqlar nəqliyyat vasitəsinin içindəkiləri çıxarmağın ən yaxşı yollarını tapmaq üçün dəniz dərinliyinin təhlili və okean yatağının torpaq tədqiqatlarından istifadə ediblər. Hökumət batmış gəminin səthindən xəzinənin bir hissəsini aprel-may ayları arasında çıxarmaq üçün sualtı robot texnologiyasından istifadə etməyi planlaşdırır. Bu, gəminin digər hissələrindəki xəzinənin sudan çıxdığı zaman vəziyyətini də müəyyən etməyə imkan verə bilər.
Gəminin yerinin gizli saxlanılması mübahisəyə səbəb olub. İspaniya xəzinəni özlərinə aid edib. Boliviya isə onların ispan müstəmləkəçiləri tərəfindən qiymətli metallar qazmağa məcbur edilən yerli Qhara Qhara millətinə aid olduğunu israr edir. Kolumbiya prezidenti Qustavo Petro açıqlamasında, qalıqları sudan çıxarmaq və onun ölkə daxilində qalmasını təmin etmək üçün hökumətin öz resurslarından yararlanmaq istəyir. Səlahiyyətlilər ekspedisiyanın batmış xəzinəni araşdırmaqdan daha çox mədəni səbəblərlə planlaşdırıldığını və əsas məqsədin gəmidəki yüzlərlə insanın batmazdan əvvəl həyatını anlamaq olduğunu bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay