BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
43021

Milyarderlərin həyat yoldaşları niyə ağlayır? Bu imtiyaz pərdəsinin arxasında nələr yatır? Yaxud iki kilo kökələn varlı qadınların artıq çəki qorxusu haqqında nə deməli?

Bütün bu suallara jurnalist və media maqnatı Konrad Blekin həyat yoldaşı Barbara Amiel Blek zənginlərin qəddar dünyası haqqında yazdığı xatirələrində cavab verib.

2020-ci ilin milyarderlər və onların həyat yoldaşları üçün çətin keçdiyini vurğulayan jurnalist, hər şeyin pandemiya fonunda maliyyə itkiləri ilə başladığını bildirib. Bütün bunlardan sonra amerikalı jurnalist qərara gəlir ki, zəngin və uğurlu insanların həyatının alt qatını açıq şəkildə nümayiş etdirən “Dostlar və Düşmənlər” adlı memuarını qələmə alsın.

Kitabdakı maraqlı faktlarla sizi tanış edirik.

Barbara 1992-ci ilin iyulunda media maqnatı Konrad Blek ilə evlənib elitanın qapalı dünyasına addım atsa da, hesab edirdi ki, belə bir dəbdəbəli həyata alışmaq lazım deyil. Lakin dəbdəbəli həyatın burulğanı artıq onu yaxalamışdı. 30 karatlıq brilyant üzüyünü barmağından çıxartmayan jurnalist tez-tez dəbdəbəli məclislərdə iştirak etməyə, şəxsi təyyarə və yaxtaları ilə səyahətlərə çıxmağa başladı. Sahib olduqları imtiyazlar fonunda həm də ciddi öhdəlikləri var idi. Məsələn, milyarderin həyat yoldaşı kimi o, dövlət başçılarını və digər nüfuzlu şəxsləri əyləndirməli, əri isə biznes məsələləri ilə məşğul olmalı idi. Əlbəttə, bir jurnalist kimi o, hazırcavab söhbətlər edə bilərdi, lakin tezliklə məlum oldu ki, investisiya bankirinin həyat yoldaşı kimi, ondan daha çox şey tələb olunur.

“Fövqəladə zənginlər ölkəsində həyatınız - evlərinizdən və maşınlarınızdan tutmuş üzünüzə, fiqurunuza və zərgərlik əşyalarınıza qədər hər şey göstərişə çıxarılan sərgidir. Milyarderlər əsl dəbdəbəni özünə rəva bilən bir qrup insandır. Zərgərlik, gül, incəsənət, çanta, ev, botoks və fillerlər istehsalçıları bundan faydalanırlar. Onlar qəsdən məhsulların dövriyyəsini azaldır, qıtlıq yaradır və milyarderlərin öz malları uğrunda mübarizəsinə tamaşa edirlər. Bununla belə, öz gücünü dərk edən dəbdəbəli brendlərin nümayəndələri özlərini varlı müştərilərindən daha təkəbbürlü apara bilirlər”,

- Barbara kitabında etiraf edib.

Əgər Barbara kimi, bir dəfə çaşıb sırğa cütünü “səhv” taxsanız, bütün axşam sizə dikilən qəribə baxışlara hazır olmalısınız. "Veranda zərgərlik" (patio jewellery - bir milyon dollardan az olan boyunbağılar red.) teriminin mənasını bilmirsinizsə, ehtimal ki, bir şeyi qaçırmısınız. Əriniz moda təcrübələriniz əleyhinə olmasa belə, ətrafınızdakıların fikri çox daha vacibdir. Ümumiyyətlə, milyarderin arvadı mükəmməl görünməlidir. Qırış, çil və selüliti olmamalıdır. Nyu-Yorkdan olan 73 yaşlı milyarder kiçik Çarlz Stivenson hətta evlilik müqaviləsində belə şərt qoyub ki, birlikdə yaşadıqları müddətdə xanımına 5 funtdan (təxminən 2,3 kq) artıq kökəlmək qadağandır.

Barbara Amiel Blek onu da yazıb ki, ərinin sahib olduğu polo klublarının tanıtımı ilə bağlı tez-tez ezamiyyətlərə getməli olur. Maraqlıdır ki, bu cür tədbirlərin qonaqları eyni dərəcədə isti qarşılanmaya arxayın ola bilməzlər. Xidmətin keyfiyyəti və ev sahiblərinin sizə göstərəcəyi diqqətin ölçüsü “Forbes” reytinqindəki mövqeyinizlə müəyyən edilir. Sərvətiniz azdırsa, sizə göstərilən diqqət bir o qədər az olacaq.

Konrad və Barbara Amiel Blek, 1996-cı il

“Manikürləri bir gecədə iti caynaqlara çevrilə bilən” milyarderlərin arvadları ilə görüşmək Barbaranı da xoşagəlməz şəkildə təəccübləndirib. Zəngin qadınlar cəmiyyəti əvvəlcə onu çox soyuq qarşılayıblar. Axı, onların 99 faizindən fərqli olaraq, Barbara ali təhsilliydi və kişilərlə söhbət edə bilirdi. Bu isə başqaları üçün ancaq təhlükə ifadə edirdi. İkincisi, varlıların çevrələrində jurnalist peşəsi “iyləyən itlər”lə sinonimdir. Bu cür insanlara ilk tanışlıqdan etibar etmək olmur, çünki onlar bütün çirkli sirləri ictimaiyyətə açıqlaya bilirlər. Və qeyd etmək lazımdır ki, belə də oldu. Bir gün Barbara qələmini götürdü və şahidi olduğu hər şeyi yazdı. Əslində onu buna şərait məcbur edirdi. Onu yazmağa vadar edən əsas səbəb ərinin dələduzluqda təqsirli bilinməsi, həbs cəzasına və 125 min dollar cəriməyə məhkum edilməsi idi.

Milyarderlərin arvadlarında ilk diqqətimi çəkən şey çarəsizlik hissi idi. İmtiyaz pərdəsi və “Loro Piana” kaşmirinin arxasında onların “vəzifə öhdəlikləri” daim nəzərdən keçirilir və genişləndirilir. Öhdəsindən gələ bilməsəniz, sadəcə zibil qutusuna atılacaqsınız. Bu qadınların əksəriyyəti xarici görünüşlərinə və ya yataq otağında nümayiş etdirdikləri qeyri-adi qabiliyyətlərə görə milyarderlərin arvadı olublar. Ancaq heç kim onlara deməyib ki, bununla yanaşı, ideal malikanələrində və mənzillərində qüsursuz evdar qadınlar olmalıdırlar.

Ölüm qorxusu ilə qarşı-qarşıya qalanların heç biri onun öhdəsindən gələ bilməyəcəyini etiraf etməzdi. Buna görə də, otağı bəzəyirmiş kimi davaranan, əslində isə bu qadınlara ev işlərini öyrədən dizaynerləri evə dəvət etdilər. Antikvar dükanlarına ziyarətlər əslində süfrə etiketi və oenologiya (şərab elmi) üzrə gizli ustad dərsləri deməkdir. Siz həmçinin müştərilər üçün xüsusi kitab siyahıları tərtib edən məşhur fransız interyer dizayneri Jak Qranjla əlaqə saxlaya bilərsiniz. Bu ədəbiyyat zənginlərin həyat yoldaşlarının bilməli olduğu hər şeydən bəhs edirdi.

Milyarderin arvadı olmazdan əvvəl geyimlər haqqında çox şey bildiyinizi düşünsəniz də, sizi xoşagəlməz sürpriz gözləyir. Bir qata neçə kaşmir sapının getdiyini, həmçinin ölçmələrinizə uyğun olaraq paltar yaratmaq üçün nə qədər parça lazım olduğunu bilməlisiniz. Əks halda sizə bahalı materialın standart miqdarını çatdıracaqlar.

Siz həmçinin zərli pilləkənlərin növlərini və qiymətlərini, əl ilə çəkilmiş divar kağızı və digər interyer detallarını fərqləndirməlisiniz. Özünüzü bir dizaynerin qarşısında sadə bir insan kimi göstərsəniz, nifrət dolu baxışlar sizə dikiləcək. “Bəli, işlərin qiyməti bu qədərdir” deyə soyuqqanlı şəkildə və “Bunu bilməlisən, axmaq qız” tonunda cavab verəcəklər.

Deyək ki, siz evinizi qəşəng şəkildə bəzəməyi bacardınız, lakin sınaqlar bununla bitməyəcək. Milyarderin həyat yoldaşının əsas vəzifələrindən biri də öz çevrəsindəki insanlar üçün qəbullar, şənliklər təşkil etməkdir. Uğursuzluğun bədəli reputasiyadır. Buna görə qonaqlarınızı təəccübləndirmək üçün çox səy göstərməlisiniz. Başqa bir problem odur ki, tədbirinizə kimlərin gələcəyini proqnozlaşdırmaq həmişə çətindir. Zəngin insanlar RSVP-lərə (dəvət olunmuş insanlardan cavab tələbi) nadir hallarda cavab verirlər, bu o deməkdir ki, qollarınızı çırmalayıb məclisə mümkün qədər çox pul xərcləməlisiniz. Başqa cür mümkün olmayacaq. Onlara bir milyondan az təklif etsəniz, ən yaşlı mərasim təşkilatçıları barmağını belə qaldırmayacaqlar. İmkanlı bir dost bu məbləği 5 mərtəbəli malikanəni yalnız çiçəklər üçün tələb etdi. Ondan qiyməti aşağı salmağı xahiş etdikdə, başqa şirkətə getməyi məsləhət gördü”, - Barbara kitabında yazıb.

Şənliklər həm də milyarderlər üçün xanımlarını nümayiş etdirmək üçün bir fürsətdir. Barbaba hesab edir ki, gözəl qadınların eksklüziv toplantısı kişilər üçün bir növ mal bazarıdır: “Əgər həyatınızda dəyişiklik etmək barədə düşünürsünüzsə, bu, “mallara baxmaq” üçün əla fürsətdir. Evliliyi nə qədər etibarlı və möhkəm görünsə də, onlar qadına həmişə barmaqarası baxacaqlar”.

Bir gün Barbara Nyu-Yorkun məşhur plastik cərrahiyyə klinikasının foyesində göz yaşlarına boğulan milyarderin 32 yaşlı gözəl arvadı ilə tanış olub. Nə baş verdiyini soruşduqda, o, üzünə botoks vurmaqdan və qabırğalarını çıxarmaqdan imtina etdiyi üçün dostlarının ona nifrət etdiyini deyir. O, həmçinin əlavə edib ki, kişilər dolğun dodaqları və implantlı gözəl döşləri bəyənirlər, çünki bu, qadına nə qədər zaman və pul yatırıldığını göstərir.

“Əlbəttə, milyarderlərin hamısı eyni deyil” , - Barbara kitabında izah edib.

“Bir yunan maqnatının məclisində nəhəng kristal çəlləklərdə kürü verdiklərini və bizim onu şorba qaşıqları ilə yediyimizi xatırlayıram. Hər kəsin yaxşı doymasına baxmayaraq, qonaqlar bütün axşamı pıçıldamaqla keçirdilər. Yunan milyarderləri şübhəsiz ki, ruslardan daha varlı , lakin ingilislərdən daha az zəngin idilər. İngilislərin sərvəti isə amerikalılarla müqayisədə qəpik-quruş hesab olunurdu. Sonra, əlbəttə ki, milyardlarınızı necə əldə etdiyinizə və onların qanuni olub-olmadığına dair bir iyerarxiya hökm sürürdü”, - Barbaranın müzakirələrə səbəb olan kitabında qələmə alıb.

Bununla belə, zənginlərin müasir dünyası Barbaranın təsvir etdiyindən bir qədər fərqlidir. Amerika, Avropa və Çindən olan gənc milyarderlərlə işləyən amerikalı dizayner Sandra Nunnerli hesab edir ki, jurnalist başqa nəsildəndir. O dövrlərdə (XX-XXI əsrlərin qovşağında) insanlar statusa və xarici görünüşə əhəmiyyət verirdilər. "Bu gün işlədiyim milyarderlərin arvadları əsasən Ligi Plyuşa dərəcələrinə malikdir və xeyriyyəçiliklə məşğuldurlar. Bu tip arvadlara, məsələn, Feysbukun yaradıcısının həyat yoldaşı Priscilla Zukerberq daxildir. Ancaq bu transformasiya bir neçə onilliklər çəkdi" , - dizayner qeyd edib.

Barbaranın dövründə milyarderlərin arvadları nə akademik uğurları, nə də xeyriyyəçilik təcrübəsi ilə öyünə bilmirdilər. “Onlardan bəzilərinin eskort kimi işlədiyindən şübhələnirdim. Mənə elə gəlir ki, bu, günlərini işdə “köpəkbalığı” ilə döyüşməklə keçirən kişiləri qane edirdi, ona görə də evdə qadınları yalnız “Christian Liaigre” mebelinə bəzək əlavəsi kimi görmək istəyirdilər.

Qadınlar da öz növbəsində başa düşürdülər ki, gələcəklərini maddi baxımdan təmin edə bilmək üçün ən azı iki uşaq dünyaya gətirməlidilər. O günlərdə boşanmaq imtiyazlı qrupdan qovulmaq demək idi. Bu gün də milyarder xanımları ən azı iki uşaq dünyaya gətirməyə tələsirlər, amma uşaq doğulan kimi boşanma tələb edirlər, onlar artıq evli qalmağın mənasını görmürlər”.

Barbara getdikcə daha yaxından tanıdığı milyarder xanımlarına yazığı gəldiyini də yazıb:

“Onlar darıxır, eyni zamanda qorxurdular. Onlar qocalmaqdan qorxurdular. Nəinki başqalarına, bir-birlərinə də güvənmirdilər. Bu həyata alışmaq istəmirsən, amma bu, öz-özünə baş verir. Və aydındır ki, bu olduqca təbiidir”.

© Aytən Məftun, Publika.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin