Milyonlarla iş elanı nəzərdən keçirildi - Avropada sürətlə tələb artan peşələr hansılardır?
“LinkedIn” 1 yanvar 2019-cu il və 31 iyul 2023-cü il tarixləri arasında üzvləri tərəfindən açılan milyonlarla iş elanını nəzərdən keçirib.
“LinkedIn”in son araşdırmasına görə, Avropada iş bazarı sürətlə transformasiyadan keçir. Məşğulluq uğrunda rəqabət artdıqca, 20 il əvvəl eşidilməyən yeni vəzifələr meydana çıxır. “LinkedIn”ə görə, gələn il ən sürətlə artan mövqelər davamlılıq, süni intellekt və biznesin inkişafı ilə bağlı olacaq.
Araşdırma nəticəsində məlum olub ki, məşğulluq bazarında artan rəqabətə baxmayaraq, avropalı mütəxəssislərin üçdə ikisi, yəni 67 faizi bu il iş yerini dəyişməyi düşünür. 2022-ci ildə İngiltərə və Fransada “LinkedIn”də hər iki aktiv iş axtaran üçün yalnız bir iş elanı olduğu halda, hazırda hər dörd iş axtaran üçün yalnız bir iş elanı var. Avropalı mütəxəssislərin 37 faizi yaşayış böhranının öhdəsindən gəlmək üçün daha yüksək maaşlar axtardıqlarını desələr də, 19 faizi öz qabiliyyətlərinə daha çox arxayın olduqlarını və karyeralarını yüksəltmək üçün daha yaxşı mövqe tapmaq istədiklərini bildiriblər.
Sürətlə tələb artan peşələr hansılardır?
Tədqiq olunan Avropa ölkələrində sürətlə tələb artan peşələr fərqlidir, lakin ümumi tendensiya göstərir ki, süni intellekt, davamlılıq və kibertəhlükəsizlik mövqeləri artmaqdadır. Ən çox tələb olunan sahələr arasında davamlılıq üzrə mütəxəssis, süni intellekt mühəndisi və kibertəhlükəsizlik analitiki var.
“Biz 2024-cü ilə doğru irəlilədikcə aydın olur ki, süni intellekt və davamlılıq əmək bazarını əsaslı şəkildə yenidən formalaşdıran əsas amillərdən ikisidir – bizneslər getdikcə yaşıl və süni intellekt bacarıqlarına malik peşəkarları işə götürməyə çalışırlar. Bu sahələrdə iş yerləri Avropada ən sürətlə böyüyən mövqelərdən bəzilərini təşkil edir”- “Linkedln”in Latın Amerikası və Avropa üzrə müdiri Josh Graff bildirib.
Böyük Britaniyada ölkələr üzrə ən çox axtarılan beş vəzifə davamlılıq üzrə mütəxəssis, satış inkişafı üzrə nümayəndə, sığorta analitiki (risk səviyyələrini müəyyən etmək üçün fərdləri və müəssisələri qiymətləndirən), gəlir meneceri və profilaktik diş həkimidir.
Hesabatda həmçinin qeyd olunur ki, dəyişikliklərin sürətli tempini nəzərə alaraq, bir çox peşəkarlar öz bacarıqlarını açıq vəzifələrlə necə uyğunlaşdıracaqlarını tapmaqda çətinlik çəkirlər.
Tr.euronews.com
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay