“Disney”dən oyun dünyasına 1,5 milyard dollarlıq yatırım
Əyləncə sənayesi nəhənglərindən biri olan “Walt Disney”, video oyun istehsalçısı “Epic Games”dən 1,5 milyard dollar dəyərində səhm alacağını açıqlayıb.
Valyuta.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“Disney” tərəfindən iki şirkət “Disney” hekayələrinin və təcrübələrinin əhatəsini daha da genişləndirəcək yeni bir oyun və əyləncə kainatı üzərində əməkdaşlıq edəcəyi bildirilib. Açıqlamada “Epic Games”in məşhur video oyunu “Fortnite” ilə əlaqəli böyük və açıq oyunlarla bir əyləncə kainatı yaradacağı qeyd olunub. Sözü gedən kainatın “Disney” hekayələrini və təcrübələrini “Fortnite” və daha çoxu ilə birlikdə canlandıracağı qeyd olunub.
İnvestisiya ilə bağlı qiymətləndirməsində “Disney”in Baş icraçı direktoru Robert İger bildirib ki, bu, “Disney”in indiyə qədər oyun dünyasına ən böyük girişini göstərir və şirkətin böyüməsi üçün əhəmiyyətli imkanlar təqdim edir. “Epic Games” təsisçisi və baş direktoru Tim Sweeney də “Disney” və “Fortnite” icmalarını bir araya gətirəcək daimi, açıq və qarşılıqlı işləyə bilən ekosistem yaratmaq üçün tamamilə yeni bir şey üzərində əməkdaşlıq etdiklərini bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay