Niderlandda eniş yaşadı, “Jirona”da qiymətini altıqat artırdı
"Jirona" bu mövsüm Avropa futbolunda sürpriz komanda oldu.
Valyuta.az xəbər verir ki, kataloniya komandası hazırda İspaniya La Liqasında "Barselona" və "Real”ı qabaqlamaqdadır. Ötən həftə “Selta” üzərində 1:0 hesablı qələbədən sonra xallarının sayını 22-yə çatdıran və keçirdiyi oyunlarda cəmi bir məğlubiyyəti olan “Jirona” çempionluq yolunda irəliləməyə davam edir.
Maraqlıdır ki, "Jirona" son dörd transfer pəncərəsində cəmi 37,25 milyon avro xərcləyib ki, bu da “Real” (229,5 milyon avro) və "Barselona"dan (201,4 milyon avro) xeyli azdır. “Jirona”nın tacındakı ləl-cəvahiratlardan biri keçən yay Fransa klubu “Trua”dan mövsümün sonuna qədər icarəyə götürülən cinah oyunçusu Saviodur.
Savio, PSV-də məyusedici bir dönəm keçirdikdən sonra yayda yenidən “Trua”ya qayıtmışdı. 19 yaşlı futbolçu bütün mövsümü Niderlandda icarə əsasında keçirdi, lakin o, ikinci mərhələdə PSV-nin U-21 komandasına dəvət olunmamışdan əvvəl əsas kollektivlə birlikdə səkkiz matça çıxmışdı. PSV-də keçirdiyi mövsümün ikinci yarısında Savionun bazar dəyəri bir milyon avro azalaraq beş milyona düşmüşdü. Amma “Jirona”ya getdikdən sonra inanılmaz dərəcədə yüksəlişə istiqamətləndi. Braziliyalının dəyəri İspaniya komandasına keçdikdən sonra 25 milyon avro artdı. O, 2023-cü ildə planetdəki yeniyetmə futbolçular arasında 11-ci ən böyük bazar dəyəri artımına nail oldu.
Savio bu mövsüm "Jirona"nın uğurunun ayrılmaz hissəsi kimi, bütün yarışlarda meydana 24 oyunda altı qola, yeddi məhsuldar ötürməyə imza atıb. Sol cinah vingeri performansına görə təriflənən gənc futbolçulardandır…
Sávio, “City Group”un baş direktoru Ferran Sorianonun razılığı ilə mövsümün sonuna qədər “Jirona”da qalacaq. Həmçinin ona klubda daimi qala biləcəyi təklif olunub. Lakin “Trua” “City Group”a məxsusdur və futbolçunun “Mançester Siti” ilə müqavilə imzalamaq ehtimalı böyükdür. Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola yayda Savionu komandasına cəlb etmək niyyətindədir və "Jirona"nın ulduzu keçən ay verdiyi müsahibədə İngiltərə klubunda oynamaq arzusunu etiraf edib.
Savionun hazırkı bazar dəyəri altı dəfə artaraq 30 milyon avroya çatıb. İngiltərədə onun “City Group”la mövcud əlaqələri səbəbindən transferin cəmi 10 milyon avro qarşılığında baş tutacağı bildirilir. Ancaq mütəxəssislər Savionu “Mançester Siti”yə getməyə hazır saymır və inkişaf etmək üçün bir mövsüm də "Jirona"da qalmasını məsləhət görür.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay