Qiyamətə 90 saniyə qaldı
Bəşəriyyətin itaətkarlığının məcazi ölçüsü olan "Qiyamət Saatı" keçən il gecə yarısına 90 saniyə qalmış təyin edilmişdi.
Valyuta.az xəbər verir ki, simvolik saatının 2024-cü il üçün yenə də gecə yarısından 90 saniyə əvvəldə saxlanılması qərara alınıb.
"Bulletin of the Atomic Scientists" hər il yanvar ayında "Qiyamət Saat"ını nəzərdən keçirir. İsrail-Həmas müharibəsinin getdiyi, Ukraynadakı münaqişənin sona çatma əlaməti göstərmədiyi və təbii fəlakətlərin dağıntılar törətməkdə davam etdiyi bir vaxtda saat gecə yarısından 90 saniyə əvvələ qurulub.
"Qiyamət Saatı", dünyanın insanların səbəb olduğu qlobal fəlakətə nə qədər yaxın olduğunu göstərən simvolik bir saatdır. Hər il saat bəşəriyyətin tamamilə yox olmasına nə qədər yaxın olduğumuza görə yenilənir. Saat irəliləyib gecə yarısına yaxınlaşırsa, (əvvəlki illə müqayisədə), bu, bəşəriyyətin özünü məhv etməyə yaxın olması anlamına gəlir. Ancaq gecə yarısından daha geriyə gedirsə, bu, bəşəriyyətin son 12 ayda qlobal fəlakət riskini azaltdığını göstərir. Bəzi illərdə saatın əqrəblərinin heç tərpənməməsi (2021 və 2022-ci illərdə olduğu kimi) qlobal vəziyyətin dəyişmədiyini göstərir. Saat akademik jurnal nəşr edən, mərkəzi Çikaqoda yerləşən qeyri-kommersiya təşkilatı olan "Bulletin of the Atomic Scientists" tərəfindən müəyyən edilir.
Digər tərəfdən, "Qiyamət Saatı"nın arxasında duran elm adamları ondan bəşəriyyəti özündən gələn təhlükələrdən xəbərdar etmək üçün yararlanırlar. Bu təhdidlər arasında nüvə müharibəsi, qlobal istiləşmə və bioloji silahlar öndədir. BMT-nin İnsan Haqları üzrə keçmiş ali komissarı Meri Robinson "Qiyamət Saatı" ilə bağlı keçənilki yeniləmə ilə bağlı açıqlamasında "Qiyamət saat"ı bütün bəşəriyyət üçün həyəcan təbili çalır. Biz uçurumun astanasındayıq və liderlərimiz kifayət qədər sürətlə hərəkət etmir" - sözlərini söyləyib.
Hazırda "Qiyamət Saatı"nın əqrəbləri gecə yarısından 90 saniyə əvvələ təyin olunub. Gecə yarısı nüvə fəlakətini göstərir. Başqa sözlə, bəşəriyyət hazırda əlində olan bütün nüvə silahlarından istifadə etməklə 90 saniyə ərzində özünü məhv edə bilər. Əvvəlcə saat gecə yarısına yeddi dəqiqə qalmış olaraq qurulmuşdu. Qiyamət ehtimalının ən uzun müddəti 1991-ci ildə "Soyuq Müharibə" bitdikdən sonra 17 dəqiqə olaraq qeydə alınıb. Digər tərəfdən, "Bulletin of the Atomic Scientists" adlı təşkilat 1945-ci ildə Albert Eynşteyn, J. Robert Oppenheymer və ilk nüvə silahlarını istehsal edildiyi "Manhetten Layihəsi"ndə çalışan digər elm adamları tərəfindən qurulmuşdur. "Qiyamət Saatı" ideyası 1947-ci ildə qlobal fəlakətə qarşı həssaslığı simvolizə etmək məqsədilə həyata keçirildi. Saat 1947-ci ildə gecə yarısına 7 dəqiqə göstərirdisə, 2007-ci ilə qədər 18 dəfə dəyişdirilmişdi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay