Məşhur yapon filminin büdcəsi 100 milyon dolları keçdi
Noyabrın üçündə Yaponiyada və dekabrın birində Şimali Amerikada nümayiş etdirilən "Godzilla Minus One" filmi kassada qazandığı tarixi uğurdan sonra Kino Sənəti və Elmləri Akademiyası tərəfindən "Oskar" mükafatına namizəd göstərilib.
Valyuta.az xəbər verir ki, beləliklə, "Godzilla Minus One" serialın 70 illik tarixində "Oskar" mükafatına namizəd ilk film oldu. Rejissor, yazıçı və vizual effektlərin rəhbəri Takashi Yamazaki tərəfindən istehsal edilən, 1954-cü ildə çıxan ilk filmdən bəri "Toho Studio" tərəfindən çəkilmiş 33-cü Qodzilla filmidir. "Godzilla Minus One" II Dünya Müharibəsindən sonra bərpa olunmağa çalışan Yaponiyada atom bombasının təsiri altında inkişaf edən, "Godzilla"nın ortaya çıxmasından sonra baş verənlərə əsaslanır.
"Godzilla Minus One" namizəd olduğu Ən Yaxşı Vizual Effektlər kateqoriyasında sərt rəqabət var. Film əvvəlcə böyük büdcəli elmi-fantastik əsərlər olan "The Creator" "Guardians of the Galaxy vol. 3" ilə rəqabət aparmalıdır. Kateqoriyadakı digər iki namizəd isə "Mission: Impossible - Dead Reckoning" və Ridli Skottun tarixi epik "Napoleon" adlı döyüş filmidir.
Kassa rekordlarını qıran "Godzilla Minus One", Şimali Amerikada bu günə qədər ən çox gəlir gətirən Yapon filmi ünvanına sahib olub. "Toho Studio" tarixinin ən uğurlu "Godzilla" filminin büdcəsi 100 milyon dolları keçməyi bacardı. "Godzilla Minus One", daha çox tənqidi yanaşmalarla seçilən sayt "Rotten Tomatoes"də 100 ballıq qiymətləndirmədə 98-ə yaxın bal aldı. Kino tənqidçiləri filmin əsas obrazı olan "Godzilla"dan sosial tənqid üçün metafora kimi istifadə edilməsindən təsirləndiklərini bildirirlər. ABŞ tənqidçiləri də Yamazakinin layihənin nisbətən kiçik büdcəsi hesabına əldə etdiyi qeyri-adi vizual nailiyyəti yüksək qiymətləndirirlər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay