NASA Marsın atmosferini araşdıracaq - Bu yeni təyyarə vasitəsilə
NASA Mars atmosferində yüksəkdən uça və “Qırmızı Planet”də su axtara bilən nəhəng təyyarənin yaradılması üçün ilk maliyyə vəsaitini alıb.
Valyuta.az xəbər verir ki, “Mars Aerial and Ground Intelligent Explorer” və ya “Maggie” adlanan, günəş enerjisi ilə işləyən hava nəqliyyatının NASA-nın qabaqcıl “Ingenuity Mars” helikopterinə bənzər şaquli qalxma və enmə xüsusiyyəti ilə Mars atmosferində uçması planlaşdırılır.
Kosmik agentliyin açıqlamasında, pilotsuz təyyarənin tam doldurulmuş batareyalarla 1000 metr yüksəklikdə təxminən 180 km uça biləcəyini və onun bir il ərzində ümumi uçuş məsafəsinin 16.000 km-dən çox olacağının gözlənildiyi bildirilib.
Bu təyyarə sayəsində NASA “Qırmızı Planetin” atmosferi və geofiziki xüsusiyyətləri ilə bağlı üç araşdırma aparmağı planlaşdırır. Tədqiqata su axtarışı, planetin zəif maqnit sahəsinin mənşəyinin araşdırılması və Marsda metan siqnallarının mənbəyinin izlənməsi daxildir. NASA-dan verilən açıqlamaya görə, “Maggie” Marsa ilk qlobal miqyaslı atmosfer missiyasını həyata keçirə biləcək və demək olar ki, planetin bütün səthini araşdırmaq qabiliyyətinə malik olacaq. Bununla belə, kosmik agentlik avtomobilin ilk uçuşunu nə vaxt həyata keçirə biləcəyi ilə bağlı detallar açıqlamayıb.
Marsda uçmaq üçün təyyarələrin yaradılmasında əsas problemlərdən biri onları sözügedən planetin çox nazik atmosferində idarə olunan şəkildə uçmaq imkanıdır. Məsələ bundadır ki, Marsda hava təzyiqi dəniz səviyyəsindən 30-40 km yüksəklikdə, Yerdə olduğu kimi aşağıdır.
İndiyə qədər, digər planetləri araşdırmaq üçün göndərilən NASA-nın “Curiosity”si və ya Çinin “Zhurongu”su kimi cihazlar əsasən fəaliyətini yer səthində davam etdirib. Lakin NASA-nın “Perseverance Mars” missiyasının bir hissəsi olan qabaqcıl “Ingenuity” helikopterinin uğurundan sonra Marsda hava missiyalarına maraq artıb. Əvvəlcə başqa bir planetdə mühərrikli uçuş üçün texnologiya nümayişi kimi planlaşdırılan 1,8 kq-lıq “İngenuity” vertolyotu Marsda uçuş, həmçinin kəşfiyyat baxımından uğur qazanaraq, tezliklə elmi tədqiqatlara töhfə vermək üçün sınaqdan uğurla keçmişdi.
NASA-nın ardınca Çin “Qırmızı Planet”dən nümunələr toplamaq üçün "qatlana bilən" Mars helikopterini hazırlayıb.
NASA-nın konsepsiyası mümkün görünsə də, aerokosmik tədqiqatçı Ge-Çenq Za Mars atmosferi şəraitində təyyarənin performansını daha yaxşı öyrənməyə çağırır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay