Kompüter oyunları insanlarda eşitmə problemi riskini yüksəldir
Aparılan beynəlxalq araşdırma uzun müddət kompüter oyunları oynayan insanlarda eşitmə problemi və tinnitus riskinin daha yüksək olduğunu təsdiqləyib.
Valyuta.az xəbər verir ki, ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə gənclər və uşaqlar arasından 54 min nəfəri əhatə edən 14 tədqiqatı təhlil ediblər. Tapdıqları nəticələr əsasında kompüter oyunları və eşitmə problemi arasında ciddi əlaqələrin olduğu müəyyənləşib.
Araşdırmanın tədqiqatçısı Loren Dillardın sözlərinə görə, uzun müddət kompüter oyunları insanlarda sadəcə eşitmə deyil, digər bir sıra xəstəliklərin yaranması üçün şərait yaradır. Güclü səsə məruz qalmaq qulaqdakı hüceyrələri yorur və bu eşitməyə mənfi təsir edir. Xüsusilə, qulağında yanaşı xəstəliklər olan insanlarda ağırlaşmış xəstəliklər yarada bilər. Mütəxəssis qeyd edib ki, daimi və ya uzun müddətli səs-küyə məruz qalmaq da daimi eşitmə probleminə səbəb olur.
©Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay