14 yaşlı oğlan etdiyi icadla milyonçu oldu
Argentinalı sahibkar Lukas Roitman milyonçuluq yolunda uğur qazanmasına kömək edən dörd vacib vərdişini bölüşdü.
Valyuta.az xəbər verir ki, Nyu Yorkda yaşayan Roitman hələ 14 yaşında ikən hazırladığı əlavə reallıq proqramı “Airhand”in sayəsində milyonçu olub. Hazırda 28 yaşı olan gənc ABŞ-ın nüfuzlu universitetlərindən biri olan Stanfordda kompüter elmləri üzrə təhsil aldıqdan sonra texnologiya və robototexnika sahəsində təhsilini davam etdirib. Keçən il “Adia Robotics” adlı süni intellektlə dəstəklənən dron şirkətini texnologiya nəhəngi “Apple”a 55 milyon dollara satan sahibkar uğurunda mühüm rol oynayan vərdişlərindən danışıb.
Qətiyyətli olun
Roitman, Stanfordda işlədiyi illərdə çətinliklər qarşısında təslim olmamağın vacibliyini anladığını söylədi. Universitetdə dünya səviyyəsində təhsil alarkən bir çox çətinliklərlə də üzləşdiyini bildirən milyonçu, “Məsələ təkcə çətin anlarda dözümlü qalmaq deyil, həm də belə dövrlərdə inkişaf edib fürsətlərdən yararlana bilməkdir” - deyib.
Həmişə maraqlı olun
Roitman, hər gün yeni məlumatlar öyrənməyə açıq olmasının onu karyerasında irəli apardığını və bunu ehtirası ilə birləşdirərək texnologiya dünyasına addım atdığını söyləyib. Heç bitməyən dərin bir ehtiras və maraqla hərəkət etdiyini vurğulayan milyonçu, "Texnologiya kimi daim inkişaf edən bir sahədə daim yeni şeylər öyrənmək lazımdır. Buna uyğunlaşma motivasiyası da bu impulslardan qaynaqlanır"- söyləyib.
Yenilik vacibdir
Texnologiya dünyasında təklif ediləcək unikal bir şeyin olmasının vacibliyinə diqqət çəkən milyonçu bunun gənc investorlara fərqli bir şəxsiyyət yaratmasına imkan verə biləcəyini ifadə etdi. Rəqabətli bazarda yalnız innovasiyanın önə çıxa biləcəyini bildirən Roitman, "Gənclərin məlumatlara və bir çox qaynaqlara bənzərsiz çıxışı var. Bunları sınamalı və yeni şeylər öyrənməlidirlər" - deyə tövsiyə edib.
Balans tapın
Roitman, iş və şəxsi həyat balansının müvəffəqiyyət üçün əvəzolunmaz olduğunu ifadə etdi. O, bildirib ki, gərgin iş qrafikinə baxmayaraq, fortepianoda ifa etməyə, salsa dərslərinə qatılmağa və qayayadırmanmağa vaxt ayırır. Uğurlu milyonçu açıqlamasında, “Ailəm və dostlarımla keyfiyyətli vaxt keçirmək hərtərəfli həyat sürməyin vacibliyini xatırlatmaqla məni möhkəm saxlayır. Balansı əldə etmək üçün eyni zamanda işnizi də sevin” - ifadələrini işlədib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay