BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
40589

Dünyanın ən zəngin bir faizi səhmlər və istiqrazlar, eləcə də özəl şirkətlərin səhmləri daxil olmaqla bütün qlobal maliyyə aktivlərinin 59 faizinə sahibdir.

Valyuta.az xəbər verir ki, Böyük Britaniyada ən zəngin bir faiz insan 1,8 trilyon funt-sterlinq (2,2 trilyon dollar) dəyərində bütün maliyyə aktivlərinin 36,5 faizinə sahibdir. Ən zəngin beş adam 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artıraraq 681,5 milyard funt-sterlinqə (867,9 milyard dollar) çatdırıb. Ən yoxsul 60 faizi (təxminən beş milyard insan) isə daha çox pul itirib. Dünyanın ən zəngin adamlarının dünən bazar ertəsi İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun siyasi liderlər, korporativ rəhbərlər və super zənginlərin illik toplantısında iştirak etmək üçün bir araya gəlməsi planlaşdırıldığı halda, bu təfərrüatlar “Oxfam” tərəfindən dərc edilən hesabatda yer alıb. 

Hesabatda varlılar və kasıblar arasında genişlənən uçurumun daha da artacağı və 10 il ərzində dünyanın ilk trilyonçusunun ortaya çıxmasına səbəb olacağı bildirilib. Eyni zamanda xəbərdarlıq edilib ki, mövcud tendensiyalar davam edərsə, qlobal yoxsulluq daha 229 il ərzində aradan qaldırılmayacaq.

Covid-19 epidemiyasından sonra bərabərsizliyin əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən “Oxfam”, dünya milyarderlərinin 2020-ci ilə nisbətən 2,6 trilyon funt-sterlinq (3,3 trilyon dollar) zəngin olduğunu və sərvətlərinin inflyasiya səviyyəsindən üç dəfə daha sürətlə artdığını ifadə etdi. “Şirkətlər Arasında Bərabərsizlik” adlı hesabatda dünyanın milyonlarla işçisinin həyat səviyyəsinin aşağı düşməsinə baxmayaraq, dünyanın 10 ən böyük şirkətindən yeddisinin icraçı direktoru və ya əsas səhmdarı kimi milyarder olduğu müəyyənləşib.

 Hesabatın rəqəmləri “WealthX” tədqiqat şirkətinin məlumatlarından istifadə etməklə tərtib olunub. “Tesla”nın CEO-su Elon Mask, “Luis Vuitton”un qurucusu, sədri və icraçı direktoru Bernard Arnault, keçmiş sədr, CEO və “Amazon.com”un sədri Ceff Bezos, “Oracle”ın qurucusu və icraçı direktoru Larri Ellison, o cümlədən “Meta”nın baş direktoru Mark Zukerberq ümumilikdə sərvətini 464 milyard dollar və ya 114 faiz artırıb. Dünya əhalisinin 60 faizini təşkil edən ən yoxsul 4,77 milyard insanın ümumi sərvəti isə 0,2 faiz azalıb. 

“Oxam”ın hesabatında, “Bütün dünyada insanlar daha çox və daha uzun saatlar işləyir, çox vaxt etibarsız və az maaşlı işlərdə çalışırlar. 52 ölkədə 800 milyona yaxın işçinin maaşları azalıb. Ümumilikdə, bu işçilər son iki il ərzində 1,5 trilyon dollar itiriblər ki, bu da adambaşına düşən 25 günlük əmək haqqına bərabərdir” - sözləri yer alıb.

Həmçinin qeyd olunub ki, yaşayış böhranı fonunda ailələrə edilən təzyiqlərə baxmayaraq, biznes gəlirləri kəskin artıb. Bundan əlavə, dünyanın ən böyük 148 şirkətinin 2023-cü ilin iyun ayına qədər cəmi 1,8 trilyon dollar xalis mənfəət əldə etdiyi vurğulanıb ki, bu da 2018-2021-ci illərdə orta xalis mənfəətlə müqayisədə 52 faiz artım deməkdir. Hesabatda işçilər, korporativ rəhbərlər və supervarlılar arasındakı tarazlığı düzəltmək üçün sərvət vergisi tətbiq edilməsi təklif olunub. Bildirilib ki, milyarderlər üçün belə bir vergi 10 milyon funt-sterlinqdən (12,7 milyon dollar) keçən xalis sərvət üçün bir-iki faiz nisbətində tətbiq olunarsa, hər il xəzinədarlığa 22 milyard funt-sterlinq (28 milyard dollar) verə bilər. İnvestor və sərvət vergisi üçün kampaniya aparan Britaniya milyonerlərindən ibarət qeyri-partiyalı qrup olan Böyük Britaniya Milli Milyonerlər Qrupunun qurucu üzvü Culiya Deyvis “The Guardian”a deyib ki, sərvətdən alınan vergilər biznesdən əldə edilən vergilərlə müqayisədə minimum səviyyədədir. O, hər kəsin həyatını yaxşılaşdırmağa, yaşlılara, gənclərə və həssas qruplara ehtiyac duyan, layiq olduqları qayğını, dəstəyi təmin etməyə çağırıb.

“Oxfam” bildirib ki, “Gini” indeksinə görə dünyadakı qlobal gəlir bərabərsizliyi indi ən kasıb yerlərdən olan Cənubi Afrikanın durumu ilə oxşardır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin