Sikkədən kiçik, 50 il doldurulmadan işləyəcək batareya hazırlandı
Çinin bir startap şirkəti olan "Betavolt", doldurma və ya texniki xidmət tələb olunmadan 50 il elektrik enerjisi istehsal edə bilən batareya hazırladığını irəli sürüb.
Valyuta.az xəbər verir ki, mərkəzi Pekində yerləşən şirkətdən verilən açıqlamada onun nüvə batareyasının dünyada atom enerjisinin miniatürləşdirilməsinə nail olan, 63 nüvə izotoplu, sikkədən də kiçik modula yığılan ilk batareya olduğu bildirilib. Şirkət yeni nəsil akkumulyatorun pilot mərhələyə keçdiyini və nəticədə telefonlar, həmçinin dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal ediləcəyini açıqlayıb. Batareya ilk dəfə 20-ci əsrdə kəşf edilmiş bir proses vasitəsilə çürüyən izotoplardan ayrılan enerjini elektrik enerjisinə çevirməklə işləyir. Sovet İttifaqı və ABŞ alimləri bu texnologiyanı kosmik gəmilərdə, sualtı sistemlərdə və uzaqdan idarə olunan elmi stansiyalarda istifadə etmək üçün inkişaf etdirə bilsələr də, termonüvə batareyaları həm bahalı, həm də böyük idi.
Nüvə batareyalarının miniatürləşdirilməsi və kommersiyalaşdırılmasına yönəldilmiş axtarışlar Çinin 2021-2025-ci illər arasında ölkə iqtisadiyyatını gücləndirmək üçün nəzərdə tutulmuş 14-cü "Beşillik Plan" çərçivəsində həll edilir. Eyni zamanda ABŞ və Avropadakı tədqiqat institutları da bu batareyaların inkişafı üzərində işləyirlər.
"Betavolt", onu 15x15x5 kub millimetr ölçülərində 100 mikrovat güclə və 3V gərginliklə təmin edə bildiyini, lakin 2025-ci ilə qədər 1 vattlıq batareya istehsal etməyi planlaşdırdığını söylədi. Kiçik ölçü o deməkdir ki, onlar daha çox güc yaratmaq üçün ardıcıl şəkildə istifadə edilə bilər. Şirkət açıqlamasında mobil telefon və dron kimi texnologiyaların heç vaxt şarja ehtiyacı olmayacağını bildirib. "Betavolt" iddia edir ki, onun laylı dizaynı həm də ani güc qarşısında alovlanmayacaq və partlamayacaq. Eyni zamanda -60 və 120 dərəcə selsi arasında dəyişən temperaturlarda da işləyə biləcək. Bu səbəbdən insan orqanizmində ürək stimulyatorları, süni ürəklər və koklealar kimi tibbi cihazlarda istifadə üçün əlverişli olacaq.
Atom enerjisi ilə işləyən batareyalar ekoloji cəhətdən təmizdir. Çürümə dövründən sonra 63 nüvə izotopu qeyri-radioaktiv olan, ətraf mühit üçün heç bir təhlükə və ya çirklənmə yaratmayan sabit mis izotopuna çevrilir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay