BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
39353

Texnologiya dünyasında 2023-cü il süni intellektin əsas istiqamətə çevrildiyi il kimi yadda qalacaq. Süni intellekt sistemləri mükəmməl olmasa da, tez bir zamanda müxtəlif məzmunlar istehsal etməyi bacardı.

Bəs, 2024-cü ildə hansı texnoloji yeniliklər, daha doğrusu trendlər gözlənilir?

“Qafqazinfo” BBC-yə istinadən yeni ildə gözlənilən trendləri təqdim edir:

Daha güclü süni intellekt modeli

“Microsoft”un dəstəklədiyi ChatGPT-nin 2022-ci ilin sonunda istifadəyə verilməsi ilə bu sahədə bir çox yeni rəqiblər meydana çıxdı. Rəqabət mühitində isə ən mühüm inkişaflardan biri Google-un ana şirkəti Alphabet-in söhbət botu və axtarış sistemi də daxil olmaqla, onun müxtəlif məhsullarına inteqrasiya ediləcək Gemini adlı süni intellekt modelini təqdim etməsi olub. Lakin bununla belə, ChatGPT-nin istehsalçısı OpenAI proqramın daha güclü versiyasının 2024-cü ildə gələcəyini vəd edir.

Bu arada, investorlar növbəti böyük oyunçunu tapmaq ümidi ilə bu sahəyə külli miqdarda sərmayə yatırımını davam edirlər. Qeyd edək ki, 2022-ci ildə ümumi investisiya 5,1 milyard dollar olub.

“Schmidt” avtomobil araşdırma şirkətinin hesablamalarına görə, Böyük Britaniya Almaniyadan sonra ən çox elektrik avtomobil istehsal edən ikinci ölkə olacaq. Bu da ümumilikdə 2024-cü ildə elektrikli avtomobillərin istehsal yükünün xeyli artacağını deməyə əsas verir. Lakin gələn il istehsalçılar üçün çətin il olacağı gözlənilir. Çünki Almaniya və Norveç kimi istehsalçı ölkələr bazarda ənənəvi rəqabətini davam etdirməklə, digər şirkətlərin emal və satış gücünü zəiflədirlər.

Fabrikdə işləyə bilən insanabənzər robotlar

İnsanabənzər robotlar gələn il daha faydalı ola bilər. Tesla mühəndisləri ümid edirlər ki, onların Optimus adlı insanabənzər robotu yaxın gələcəkdə əsas fabrik işlərini görəcək.

İlon Mask hətta bu il Optimus adlı robotun 2024-cü ildə Tesla fabrikində işləmək qabiliyyətinə sahib olacağını açıqlayıb

“Faydalı olduğunu sübut etmək üçün əvvəlcə öz zavodlarımızda sınaqdan keçirəcəyik. Bununla belə, məncə, gələn il fabriklərimizdə faydalı uğurlar əldə edəcəyik. Bunu yüksək inamla deyirəm”.

Tesla-nın insanabənzər robotları ilə çoxlu rəqibləri də var. Bir çox şirkət hələ də gündəlik tapşırıqları öyrənən robotlar hazırlayırlar. Hətta Amazon öz anbarlarında insanabənzər robotları sınaqdan keçirir. “Digit” adlanan robot insan kimi hərəkət edə və obyektlərlə qarşılıqlı əlaqə qura bilir. Həmçinin, “Canada Sanctuary” şirkəti Phoenix adlı robotunu qablaşdırma kimi müəyyən vəzifələri yerinə yetirmək üçün öyrədir. 2024-cü ildə isə Phoenix-in görə biləcəyi işlərin sayını artırmaq planlaşdırılır.

Arıqlamaq yarışı

Əczaçılıq dünyasında arıqlamaq üçün hazırlanan dərmanlar o qədər sürətlə satılır ki, onun istehsalçısı tələbi ödəmə təklifini tamamlaya bilmir. Tələb təklifi ötür.

Lakin Wegovy adı ilə yenidən satışa çıxarılan arıqlama dərmanı (semaqlutid) böyük uğur qazanıb. Bununla da onun istehsalçısı Novo Nordisk Avropanın ən qiymətli şirkəti olmağı bacarıb.

Hazırkı formada Wegovy həftədə bir dəfə tətbiq edilir, lakin həb versiyası da hazır olmaq üzrədir. Novo Nordisk bunun nə vaxt mövcud olacağını söyləməsə də, proseslər gələn il üçün gözlənti doğurur. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin