BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
35338

Ukrayna klubu "Şaxtyor"un baş direktoru Sergey Palkin Donetskə qayıtmaq arzusunda olduqlarını söyləyib.

Valyuta.az xəbər verir ki, 2014-cü ildən mühacirətdə yaşayan Palkin İspaniyanın aparıcı qəzetlərindən biri olan "El Pais"ə verdiyi müsahibədə klubun stadionu "Donbas Arena"ya qayıtmaq və Ukraynadakı azarkeşləri ilə yenidən görüşmək istədiyini bildirib.

48 yaşlı direktor açıqlamasında "2014-cü ildə şəhərimizdən çıxanda düşünürdük ki, üç ay ərzində qayıdacağıq. Gələn il azarkeşlərimizi və stadionumuzu tərk etməyimizin 10 ili tamam olacaq. Klubumuzun başına gələn heç nə normal deyil. Ancaq biz Donetskə qayıtmağı xəyal edirik. Geri qayıtmağı xəyal etmiriksə, davam etməyin mənası yoxdur" - sözlərini söyləyib. 

Ötən il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin başlatdığı müharibədən sonra FİFA Oyunçuların Statusu və Transfer Reqlamentində dəyişikliklər edib. Belə ki, qərarlar çərçivəsində əcnəbi futbolçu və məşqçilərin müqavilələri dayandırılıb. Bununla da futbolçular və məşqçilər heç bir maliyyə öhdəliyi götürmədən Ukrayna klubları ilə müqavilələrini birtərəfli qaydada poza biliblər. Palkin verdiyi müsahibədə FİFA-nı Ukrayna Futbol Federasiyası və ya ölkədəki klublarla məsləhətləşmədən bu qərarı verdiyinə görə tənqid edərək, "Biz FİFA ilə əlaqə saxlayıb problemimizi izah etməyə çalışdıq. Amma bu qərarlarla Ukrayna klublarını böyük maddi bir yükün altına atdılar" - ifadələrini işlədib. Baş direktor ötən il klubdan 13 əcnəbi futbolçunun ayrıldığını, indiyədək 40 milyon avro itirdiklərini və bu məbləğin 80 milyon avroya qədər yüksələ biləcəyini bildirib.

Digər tərəfdən, Donetsk klubu ukraynalı futbolçu Mixil Mudriki yanvarda 100 milyon avroya "Çelsi"yə satıb. Palkin, bu transferin onlar üçün çox xeyirli olduğunu və müqavilələrini birtərəfli qaydada ləğv edən əcnəbi futbolçuların verdikləri maddi itkini pulun böyük hissəsi ilə qarşıladıqlarını bildirib.

Klub rəsmisi Mariupoldakı "Azovstal" polad zavodunda rus əsgərləri ilə döyüşdə həlak olan və yaralanan əsgərlərin ailələrinə 26 milyon avro verdiklərini açıqlayıb. Sözügedən fabrikin “Şahtar Donesk”in sahibi və prezidenti iş adamı Rinat Ahmetova məxsus olduğunu xatırladan Palkin açıqlamasında, "Mariupol Donetskdən cəmi 100 kilometr məsafədədir. Orada çoxlu "Şaxtyor" azarkeşi yaşayırdı. “Azovstal”ın sahibi bizim prezidentimizdir. Müharibədən fiziki xəsarət almadan sağ çıxanlar belə, psixi sağlamlıqları ilə bağlı inanılmaz dərəcədə çətin anlar yaşadılar. Bu tam bir kabus idi" - deyib.

Müharibənin ilk dövründə gərgin toqquşmalara səhnə olan Mariupol mayın 20-də Rusiyanın nəzarətinə keçib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin