İşdən çıxdı, son maaşını görün hansı formada aldı?
ABŞ-ın Corciya əyalətindəki işindən ayrılan Andreas Flaten son maaşını gözləmədiyi formada alıb.
Valyuta.az xəbər verir ki, Fayettevilldə yaşayan Flaten 2020-ci ilin noyabrında avtomobil hissələri satan mağazadakı işini tərk edib. O, işlədiyi müddətdə son maaşını ala bilmədiyini, bunun üçün bir çox səlahiyyətli birlik və təşkilatlarla əlaqə saxlayaraq pulunu almağa cəhdlər göstərdiyini açıqlayıb. İşəgötürən isə son maaşı - 915 dolları işçiyə olduqca qeyri-adi şəkildə ödəyib.
Flatenin dediyinə görə bir gün yeni işinə getmək üçün evdən çıxanda bağçasında yağlanmış sikkələrlə dolu araba görüb. Sikkələrin üstün də isə ədəbsiz ifadələr yazılmış kağız parçası olub. Mağaza sahibinin hərəkətlərinin uşaqcasına olduğunu deyən Flaten əl arabasını evinin qarajında saxlayır. Onun hesablamalarına görə, arabada təxminən 230 kiloqram ağırlığında cəmi 91 min 515 sikkə yığılıb. Axşamlar işdən evə gələndə qarajda oturub pulları yuyucu, sirkə və su ilə yuduğunu bildirən Flaten, kimyəvi vasitələrlə belə sikkələri təmizləməyin çox çətin olduğunu deyib və bunu ədalətsizlik adlandırıb.
Adının açıqlanmasını istəməyən işəgötürən isə jurnalistlərə, sadəcə olaraq işçisinə ABŞ dolları ilə maaş verdiyini bildirib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay