BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
35079

Bir zamanların məşhur "Gələcəyə dönüş" ("Back to the Future") filmində istifadə olunan avtomobil ortaya çıxıb.

Valyuta.az xəbər verir ki, 1981-ci ildə istehsal olunan "DeLorean" markalı avtomobil 42 ildən sonra yenidən gündəmə gəlib. Viskonsin ştatında bir fermanın anbarında yerləşən, sürət sayğacında 1500 km-dən bir qədər çox yol qət etdiyi görünən avtomobil kifayət qədər tozlu olsa da, qağayı qanadlı qapıları ilə hələ də çox fərqlənir. Satış zamanı üzərində verilən təkərlərin heç biri dəyişdirilməyib. Sahibi maşını öz anbarına qoyub ona baxmağa üstünlük verib.

Avtomobil ilk dəfə 1985-ci ildə buraxılan filmlə şöhrət qazanıb. Bu markalı avtomobillərin təmiri ilə məşğul olan Mixael Makelhetten ayın əvvəlində maşının çox az istifadə olunduğunu öyrənəndə dərhal Dik adlı sahibinin yanına getdiyini və avtomobili ondan aldığını bildirib. O, avtomobilin hələ də orijinal durumda qaldığını söyləyib: "Bu həqiqətən bir zaman kapsuludur. Şəxsən mənim üçün avtomobildəki hər şeyin orijinal olması gözəldir, hətta təkərlər də Belfastdakı zavoddandır. İllərdir ki, toxunulmazdır". Makelhetten avtomobilə girmək istəyəndə əvvəlcə qapıların necə işlədiyini gördüklərini, daha sonra içəridəki pis qoxu ilə qarşılaşdıqlarını və içində siçanların olduğunu deyib.  Avtomobili yola qaytarmaq üçün altı ay çalışmaq lazım olduğunu təxmin edən Makelhetten nəqliyyat vasitəsi üçün nə qədər pul ödədiyini açıqlamayıb.

1981-1982-ci illərdə "DeLorean" istehsal edən şirkətin müflis elan olunduqdan sonra fəaliyyəti dayandırılıb. Bu müddətə qədər isə cəmi doqquz minə yaxın avtomobil istehsal olunub. Zavoddan ildə 25 min ədəd məhsul buraxmağı planlaşdıran şirkət o qədər ehtiyat hissələri istehsal etmişdi ki, onları indi də tapmaq mümkündür.

"USA Today"ın məlumatına görə, "DeLorean"ın hazırkı qiyməti 85.000 dollara qədərdir. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin