“Nike” və “Adidas” arasındakı ayaqqabı yarışı - Qalib kimdir?
“Nike” və “Adidas” arasında illərdir davam edən ayaqqabı yarışı indi fərqli bir dönüş almağa başlayıb.
İdman ayaqqabısı dedikdə dünyada iki şirkət ağla gəlir. Onlardan biri “Adidas”, digəri isə “Nike”dır. Bu iki şirkətin xüsusilə marafonda nə qədər rəqabət apardığını bilirsinizmi? Marafona gəlincə, heç bir şirkətin rəqibi yoxdur. Beləliklə, insanlar marafonlarda qəribə yarışların şahidi ola bilərlər.
Marafonda 2 saatdan çox getməyin mümkün olub-olmaması sualı hələ də real cavab tapmamışdı. Nəhayət, keniyalı Kelvin Kiptumun müəyyən etdiyi rekord diqqəti çəkir. Keniyalı idmançı “Nike” şirkətinin karbon örtüklü super ayaqqabısı ilə marafonu 2 saat 35 saniyəyə başa vurmağı bacarıb.
Super ayaqqabılar realdır?
Bu yaxınlarda Tigist Assefa adlı qadın qaçışçı yalnız bir dəfə istifadə oluna bilən birdəfəlik ayaqqabı ilə yeni dünya rekordu qırdı. Üstəlik, onun ayaqqabıları “Adidas Adizero Pro Evo 1” idi. Efiopiyalı qadın qaçışçının vaxtı 2 saat 11 dəqiqə 53 saniyə ilə fərqlənib.
Başqa bir efiopiyalı qadın atlet də bu dəfə “Nike” ayaqqabıları ilə qaçdı və o, 2-ci yerdə dünya rekordunu da qırmağı bacardı. Onun sürəti 2 saat 13 dəqiqə 44 saniyə olaraq ölçüldü. Görək, gələcəkdə ayaqqabı nəhənglərinin bu maraqlı mübarizəsində kim qalib gələcək.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay