Dünyanın ən bahalı futbolçularından biri 32 yaşında gözlənilməz qərar verdi
"Real Madrid”, "Çelsi", "Lill" və Belçika millisinin sabiq futbolçusu Eden Azar 32 yaşında karyerasını bitirdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, belçikalı futbolçu İnstaqramda qərarının səbəblərini açıqlayıb və dəstəyə görə təşəkkür edib.
“Özünü dinləməli və vaxtında “dur” deməlisən. 16 il və 700-dən çox matçdan sonra peşəkar futbolçu karyeramı dayandırmaq qərarına gəldim. Arzumu həyata keçirə bildim, dünyanın bir çox meydançalarında oynadım və əyləndim.
Karyeram boyu bir çox böyük menecerlər, məşqçilər və komanda yoldaşları ilə tanış olmaq qismətim oldu - bu gözəl anlar üçün hamınıza təşəkkür edirəm, sizin üçün darıxacağam.
Oynadığım klublara da təşəkkür etmək istəyirəm: “Lill”, “Çelsi”, “Real Madrid və Belçika yığmasına təşəkkür edirəm.
Ailəmə, dostlarıma, məsləhətçilərimə və yaxşı və pis günümdə yanımda olan insanlara xüsusi təşəkkür edirəm.
Nəhayət, bütün bu illər ərzində məni izləyən və oynadığım yerdə dəstəyinizə görə sizə, pərəstişkarlarıma böyük təşəkkürümü bildirirəm. İndi sevdiklərimdən zövq almaq və yeni təəssüratlar əldə etmək vaxtıdır. Dostlar, tezliklə futbol meydançasının kənarında görüşərik, - Azar yazıb.
Xatırladaq ki, bu ilin yayında “Real” Edenlə müqaviləni yeniləməyib və o, azad agent statusunda özünə komanda tapa bilməyib.
Qeyd edək ki, Azar ən yaxşı formasında olduğu zaman onun dəyəri 150 milyon avro təşkil edirdi.
Nizami Bağırov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay