Messi sosial şəbəkədən nə qədər pul qazanır?
Messi sosial şəbəkələrdə qazandığı qazancla təkcə MLS-in ulduzlarını deyil, həm də Amerika idmanının aparıcı adlarını geridə qoyub.
Valyuta.az xəbər verir ki, "İnter Mayami" ilə müqavilə imzaladığı gündən MLS-in simvoluna çevrilən Messi həm komandasına, həm də liqaya böyük gəlirlər qazandırıb. Argentinalı ulduz MLS oyunçuları arasında sosial mediadan ən çox qazanan addır. O, həmçinin Lebron Ceyms və Tom Bredi kimi idman korifeylərini də geridə qoyur. "Betting.com"un araşdırmasına görə, argentinalı superulduz İnstaqramda sponsorluq etdiyi hər paylaşıma görə orta hesabla 4,9 milyon dollar (Dörd milyon funt-sterlinq) qazanır. Bu o deməkdir ki, hücumçu ulduz 2023-cü təqvim ilində sponsorluq postlarından 206,6 milyon dollar (170 milyon funt-sterlinq) əldə edib.
Messi ilə MLS-dəki digər oyunçular arasında sponsorluq qazanclarında fərqlər böyükdür. Messidən sonra İnstaqramda sponsorluq müqavilələrindən ən çox qazanan ad "Los Angeles Galaxy"nin forvardı Çiçaritodur. Meksikalı futbolçu hər bir reklam postuna görə 62,500 dollar qazanır və ümumi gəliri bir milyon dollardan çoxdur. Lorenzo İnsinye İnstaqramdakı qazancı ilə üçüncü yerdədir.
Messinin üstələdiyi NBA əfsanəsi Lebron Ceyms İnstaqramda hər paylaşıma görə 1,6 milyon, NFL əfsanəsi Tom Bredi isə 147 min dollar qazanır. “İnter Mayami”nin ortaqlarından biri olan Devid Bekhem sponsorluq postuna görə 841 min dollar qazanır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay