Biznesə yeni başlayanlar üçün ən yaxşı 5 kitab
Biznesə yeni başlayanlar üçün dünyaca məşhur bir çox kitablar var. Onlar sizə biznes zehniyyətinin nədən ibarət olduğunu göstərəcək və daha ağıllı işləməyin dəyərini sübut edəcəklər.
Valyuta.az 5 ən yaxşı biznes kitabını sizə təqdim edir.
1. “Varlı ata, kasıb ata” (Rich dad poor dad) - Robert Kiyosaki
"Varlı ata, kasıb ata" bütün zamanların ən yaxşı şəxsi maliyyə kitabı hesab edilir. Kiyosaki iki ata (özünün və yaxın dostunun "zəngin ata"sı) təsiri ilə böyümək hekayəsini bölüşür.
Kiyosaki bu adamların hər birinin pul və investisiya haqqında düşüncə tərzini necə formalaşdırdığını izah edir. O, insanların gəlir potensialına çatmasına mane olan maliyyə ilə bağlı yanlış təsəvvürlərinə xitab edir.
2. (Shoe Dog) - Fil Nayt
"Nike” bu gün qlobal ikon ola bilər, lakin bu səviyyəyə gəlmək üçün çox zəhmət çəkilib. Kitabda “Nike”ın həmtəsisçisi Fil Nayt özünün müəllifi olduğu kitabda dostundan borc götürdüyü 50 dollarla startapını işə salmasından danışır.
Oxucular kitab oxuyan zaman sahibkarla heç vaxt olmadığı kimi tanış olacaq və onun səyahətindən ilhamlanaraq, sahibkarlıq sahəsində zəhmətlə qazandığı müdrikliyi ilə güclənəcəklər.
3. “Çətin şeylər haqqında çətin şey” (The hard thing about hard things) - Ben Horowitz
Ben Horowitz Silikon Vadisində ən hörmətli sahibkarlardan biridir. "Çətin şeylər haqqında çətin şey"də Horowitz çətin vaxtlarda uğurlu biznesə rəhbərlik etməyin nə olduğu haqqında həqiqəti açır.
Horowitzin kitabı hər hansı bir iş adamı üçün vacib məsləhətləri ehtiva edir. Bu kitab, xüsusilə, çətin maneələrlə çətin dövrlərə keçənlər üçün çox uyğundur.
4. “Dərin iş” (Hard work) - Cal Newport
Professor Cal Newport Corctaun Universitetində kompüter elmlərindən dərs deyir. O, açıq ofislər kimi müasir biznes üstünlüklərini və sosial media kimi diqqəti yayındıran şeylərin yüksək keyfiyyətli işin qarşısını necə aldığını izah edir.
Newport "Dərin iş" kitabında diqqəti yayındıran amillərin yaxşı işləməyə mənfi təsirini vurğulayır. O, diqqəti yayındırılmış dünyada daha yaxşı iş sahəsi yaratmağın vacibliyini göstərən bir neçə yaddaqalan hekayələri əhatə edir və cansıxıcılığın dəyəri kimi təəccüblü məsləhətlər verir.
5. “Dostları necə qazanmalı və insanlara təsir etməli” (How do win friends and influence people) - Deyl Karnegi
Deyl Karneqinin “New York Times” bestselleri olan bu kitabı ilk dəfə 1936-cı ildə nəşr olunub. Həmin vaxtdan bəri bütün dünyada 30 milyondan çox nüsxə satılıb. Siyahıdakı ən qədim kitab olmasına baxmayaraq, indiyə qədər yazılmış ən məşhur biznes kitablarından biridir. Karneqinin tövsiyəsi zamanın sınağına tab gətirməkdə davam edir.
Karnegi sizə insanlarla ünsiyyət quraraq və körpüləri yandırmadan öz düşüncə tərzinizə başqalarını cəlb etmək üçün yaxşı vərdişlər üzərində qurulmuş sadə, lakin təsirli bir texnika öyrədir.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay