“Facebook” necə yaranıb? – Biznes filmləri
Valyuta.az həftə sonu izləmək üçün biznes təcrübələrini özündə əks etdirən filmləri təqdim edir.
Bu həftə üçün seçimimiz Amerika bioqrafik dram filmi olan “Sosial şəbəkə” (Social network) filmidir.
Film Ben Mezriçin 2019-cu ildə yazdığı "Təsadüfi milyarderlər" kitabı əsasında çəkilib. Rejissor Devid Finçerin və Aaron Sorkinin ekranlaşdırdığı film 2010-cu ildə təqdim olunub. Film “Facebook” sosial şəbəkəsinin yaradılmasını təsvir edir. Filmdə Cessi Eyzenberq “Facebook”un qurucusu Mark Zukerberq rolunda çəkilib.
Film bizi ən erkən sosial media platformalarından birinin, yəni interneti fırtına ilə ələ keçirən “Facebook”un konsepsiyası və inkişafının pərdə arxasına aparır. Film gənc Mark Zukerberqin Harvard Universitetindəki yataqxanasında bu “sosial şəbəkəni” necə işə salmasından bəhs edir.
Bu, bizə böyük biznes xəyallar qurmağı öyrədən ən yaxşı biznes filmlərindən biridir. Bir çox problem və tələlərin öhdəsindən gələrək biznes ideyasını reallığa çevirməyin incəliklərini araşdırır. Bununla belə, uğur bu gənc sahibkarı şəxsi və hüquqi çətinliklərə sürükləyir. Söhbət həm də Eduardo Saverin və Winklevoss Əkizlərinin Mark Zukerberqə qarşı qaldırdıqları məhkəmə iddialarından gedir.
Böyük tənqidi və kommersiya uğuru olan film 40 milyon dollarlıq büdcə ilə 224 milyon dollar gəlir əldə etdi və tənqidçilər tərəfindən geniş şəkildə bəyənildi. O, həmçinin, Milli Nəzarət Şurası tərəfindən 2010-cu ilin ən yaxşı filmi seçilib.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay