BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
33149

Yaponiyada bir araşdırma qrupu süni intellekt vasitəsilə toyuqların qaqqıltısını tərcümə etməyin yolunu tapdıqlarını bildirib.

Valyuta.az xəbər verir ki, əvvəllər seks robotları üzərində işləyən Tokio Universitetinin professoru Adrian David Çokun rəhbərlik etdiyi komanda toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem hazırladığını açıqlayıb. “Deep Emotional Analysis Learning” adlanan ən son texnologiya aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq kimi duyğuları süni intellekt vasitəsilə tərcümə edir. Buna uyğun olaraq sistem altı fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə analiz edə bilir. Komandanın iddiasına görə bu texnika mürəkkəb riyazi alqoritmlərə əsaslanır və hətta toyuqların daim dəyişən vokal nümunələrinə uyğunlaşmaq üçün istifadə edilə bilər. Bu da o anlama gəlir ki, sistem zaman keçdikcə toyuq səslərinin şifrəsini açmaqda daha yaxşı olacaq.

Hələ ki heç bir jurnalda dərc olunmayan araşdırmada 80 toyuqdan alınan səs nümunələri təhlil edilib. Təxminən 200 saatlıq qeydlər araşdırılaraq 100 nümunə əldə edilib. Çıxarılan səs nümunələrini heyvanlardakı müxtəlif emosional vəziyyətlər ilə əlaqələndirmək istəyən komanda yazıları alqoritmə daxil edib. Səkkiz heyvan psixoloqu və baytarla əməkdaşlıq edən tədqiqatçıların fikrincə, sistem toyuqların psixi vəziyyətlərini dəqiq aşkarlaya bilir. Modelin dəqiqlik göstəricisi müxtəlif toyuq cinslərindən və ətraf mühit şəraitindən asılı olaraq dəyişə, bu isə bir çox mütəxəssisin araşdırmanın nəticələrinə şübhə ilə yanaşmasına səbəb ola bilər. Toyuqların bədən dili və sosial əlaqələr vasitəsilə ünsiyyət qura bildiyi də məlumdur. Bu o deməkdir ki, səs yeganə rabitə vasitəsi deyil. Digər tərəfdən, bu, süni intellektdən istifadə etmək üçün əyləncəli və yaradıcı bir üsul kimi görülür. Texnologiya həmçinin insanlarla toyuqlar arasında daha yaxşı ünsiyyət qurmaqda rol oynaya bilər.

Çok açıqlamasında bunun elm üçün böyük bir sıçrayış və hələlik başlanğıc olduğunu bildirib. O, sözügedən texnikaları digər heyvanlara uyğunlaşdıra və onaların cəlb olunduğu müxtəlif sənayelərdə inanılmaz zəkanın əsasını qoya biləcəklərinə ümid etdiklərini deyib. Çok və komandası fermerlərin toyuqları ilə ünsiyyət qurmaq məqsədilə bu texnologiyadan istifadə etmək üçün pulsuz proqram yaratmağı da planlaşdırır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin