BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32817

Mərhum musiqi ulduzu və biznes sahibi Cimmi Baffet bu dünyanı çox uğurlu bir əyləncəli insan və milyarder kimi tərk etdi. 

Valyuta.az xəbər verir ki, cümə günü, sentyabrın birində Baffet 76 yaşında nadir rast gəlinən dəri xərçəngindən vəfat etdi. 

Müğənninin karyerası ərzində 56 albomunun ümumilikdə 20 milyon nüsxəsi satılıb. Bundan başqa bir sıra uğurlu biznes layihələri, o cümlədən restoranlar, pivə sponsorluqları, Florida təqaüd cəmiyyəti, qonaq qarşılama şirkəti və hətta lisenziyalı çətənə markasının satışı ilə də məşğul idi. Forbes onun sərvətini 2023-cü ilin aprelində təxminən bir milyard dollar dəyərində qiymətləndirmişdi. “Barron”da yer alan məlumatlara görə,  musiqiçi “Palm Beach”də, Floridada, Nyu Yorkun Saq Habor şəhərində və Karib dənizindəki St.Barts adasında daşınmaz əmlaka sahib idi. 

“Margaritaville”, “Cheeseburger in Paradise” mahnılarının məşhur müğənnisi, böyük milyarder sayılmasa da, sponsorluq və daşınmaz əmlak investisiyaları vasitəsilə sərvət toplamağa xeyli vaxt sərf edib. Hətta “Latitude Margaritaville Retirement Villages”də  özünün “Margaritaville Hospitality” brendinin adından istifadə edərək 300.000 dollarlıq ev də satıb.

Onun irsi gələcəkdə də adını və brendini qoruyub saxlaya bilər. “The New York Times”ın məlumatıəna görə, “Margaritville Enterprises” şirkətinin rəhbərliyi yaradıcısının vəfatından sonra da onun biznes modelini davam etdirməyə çalışır. Şirkət ABŞ-da 28 restorana sahibdir və lisenziyalaşdırma, françayzinq vasitəsilə hər il 2,2 milyard dollar gəlir əldə edir. Şirkət fərdi françayzinq sahibləri ilə əmlaklara nəzarət edən və buna dair lisenziyalar alan nisbətən yüngül biznes modeli kimi fəaliyyət göstərir. 

Baffet Nyu Yorkun Sag Habor şəhərindəki beş yataq otağı, altı vanna otağı olan 5300 kvadrat metrlik malikanəsində dünyasını dəyişib. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin