Yaratdığı tətbiq onu milyarderə çevirdi - “WhatsApp” və qurucusunun maraqlı hekayəsi
Bu gün “Whatsapp” mesajlaşma xidməti bütün dünyada böyük məmnuniyyətlə istifadə olunur. Hətta, telefonlar, kompüterlər və sair texnoloji kəşflər kimi bu tətbiqin də əksər insanların həyatının bir parçasına çevirildiyini deyə bilərik. Tətbiqin milyonlarla istifadəçisi rahat şərtlər altında bir-biriləri ilə əlaqə saxlaya, şəxsi fikirlərini söyləyə, bəzi problemlərini həll edə bilir. Bəs bir-birindən uzaqda yaşayan insanları ailələri, yaxınları, əzizləri ilə ən azı virtual olaraq birləşdirən bu tətbiqi kimlərin yaratdığını, necə böyüdüyü, inkişaf etdirildiyi və dünyaya yayıldığı haqda düşündünüzmü?
Valyuta.az həm insanlar arasında istifadəsi müsbət qarşılanan, həm də yaradıcılarını milyarderə çevirən möhtəşəm tətbiqin və onun sahiblərinin həyat hekayəsini təqdim edir.
Yan Kum özü və anası üçün yemək talonlarını götürdüyü binada milyarder olmuşdu. Bu gün Kumun sərvəti 9,9 milyard dollardır. “WhatsApp”ın “atası”nın həyat hekayəsini niyə heç kimin filmə çevirməməsi hər kəs üçün cavabı tapılmayan sualdır. O, SSRİ-dən qaçan bir ukraynalı mühacir kimi ABŞ-a köçmüşdü. Ancaq Amerikada daha ifrat yoxsulluqla üzləşdi, lakin çətinliklərə rəğmən beş il ərzində milyard dollarlıq şirkət qurmağı bacardı. Sahibkarlar və biznes liderləri üçün Kumun hekayəsi ilham mənbəyidir. Amma motivasiya mənbəyindən kənara çıxan biznesmen və onun ortağı Brayan Akton innovativ startap şirkətini necə inkişaf etdirməyi göstərdilər. Bundan əlavə, onlar başqalarına xidmət edən və dünyaya böyük müsbət təsir yaradan biznesin qurulmasının əsas nümunəsidir.
Yoxsulluq içində yaşamaq
Yan Kum 1976-cı ildə Ukraynanın Kiyev şəhərində yəhudi ailəsində anadan olub. Atası tikintidə işləyirdi, anası isə oğlu ilə evdə qalırdı. Uşaqkən Kum kommunist rejimində böyümənin mənfi təsirlərini gördü və bu, onun şəxsi həyatın qorunması üçün güclü öhdəlik götürməsinə zəmin yaratdı. Şirkətinin biznesin bu aspektinə niyə belə ciddi yanaşdığını izah edən biznesmen “Wired”ə açıqlamasında deyir: “Mən elə bir cəmiyyətdə böyümüşəm ki, sizin etdiyiniz hər şey dinlənilir, qeydə alınır və sırğalanırdı. Heç kimin qulaq asmaq hüququ olmamalıdır, yoxsa siz totalitar dövlətə çevriləcəksiniz – uşaq vaxtı qaçdığım dövlət kimi”.
Amerikaya köç
Şərqi Avropada kommunizmin dağılmasından sonra Kumun anası ailənin Amerikaya köçməsinin ən yaxşı çıxış yolu olduğuna qərar verdi. Lakin onların Kaliforniya ştatının Mountin Vyu şəhərindəki yeni həyatı heç də asan olmadı. Atası ailəyə qoşulmaq istəsə də, heç vaxt bunu etməyib. Vəziyyəti daha da pisləşən Kumun anasına ABŞ-a gəldikdən qısa müddət sonra xərçəng diaqnozu qoyulur. Dolanmaq üçün ana və oğul federal yardım - sosial rifah, ərzaq və hökumət tərəfindən mənzillə təmin olunurlar. Yoxsulluqdan əziyyət çəkən yeniyetmə ərzaq mağazasında süpürgəçi işləməklə gəlirlərini artırmağa çalışır.
Səhnənin qurulması
Şəraitinə baxmayaraq, Kum ağır çalışmalardan qorxmayan, işi özbaşına və tez öyrənən biri idi. ABŞ-a köçdükdən iki il sonra Kum kompüter proqramlaşdırması ilə maraqlanmağa başlayır. O, həmçinin “w00w00” adlı elit haker qrupuna qatılaraq kibertəhlükəsizlik üzrə praktiki təhsil alır. Mark Zukerberq, Cek Dorsi və Larry Ellison kimi texnoloji maqnatlara qoşulan Kum kollecə getsə də, məzuniyyət gününə çatmır. O, San Xose Dövlət Universitetində çalışsa da, “Yahoo”dakı işinin tələblərinə görə cəmi bir ildən sonra buranı tərk edir.
Biznes ortağı ilə necə tanış oldu?
Kum San Xose ştatında birinci kursda oxuyarkən “Ernst və Young”da təhlükəsizlik agentliyində çalışıb. Bu müddət ərzində o, “Yahoo”da layihə üzərində çalışarkən, gələcək iş ortağı Brayan Aktonla tanış olur. Bir neçə ay sonra Koum “Yahoo”ya iş üçün müraciət edir və təxminən on il orada çalışır. İş yerlərindəki maaşla kifayətlənmədiklərini hiss edən ikili 2007-ci ildə Halloween bayramından sonra macəra üçün Cənubi Amerikaya yollanır. Bu müddət ərzində hər ikisi “Facebook”da iş üçün müraciət etsələr də, nəticəsi olmur. Qəribədir ki, heç biri illər sonra “Facebook”un onların qapısını döyməsindən sonra sərvətini milyardlarla dollara yüksəldəcəyini proqnozlaşdıra bilməzdi.
“WhatsApp” ideyasının hazırlanması
“Whatsapp”ın hekayəsi isə belədir. Cütlük ABŞ-a qayıtdıqdan sonra növbəti addımlarını nəzərdən keçirdilər - başqa şirkətə qoşulmaq və ya öz şirkətlərini qurmaq. “Skype” kimi yeni texnologiyalar ortaya çıxdıqda, Kum istifadəçi təcrübəsini daha da yaxşılaşdırmağın yolları barədə özündə fikir formalaşdırmağa başladı. O, öz şəxsi təcrübələrindən ilham aldı. O, yeniyetmə olanda ailəsi ilə ünsiyyət qeyri-müntəzəm idi, çünki bu, olduqca baha başa gəlirdi. Bu səbəbdən Kum telefon zənglərini, mətnləri dostlar və ailələr üçün daha əlçatan olmasını, istifadəsi asan platformalar arası mesajlaşma proqramı yaratmaqla oxşar duruma düşənlər üçün həll yolu kimi təqdim etmək istədi. 2009-cu ilin əvvəlində dostu Aleks Fişman ona yeni proqram ideyasını həyata keçirməyə kömək etdi. Bundan əlavə, Fişman onu mesajlaşma platformasının ön hissəsini qura bilən rusiyalı tərtibatçı ilə tanış etdi. Fevralın 24-də, doğum günündə Kum “Whatsapp” barədə həmtəsisçisi Akton ilə son məsləhətləşmələr üçün görüşdü. Məhz burada o, mesajlaşma xidməti ilə bağlı ideyasını paylaşdı. Həmin gün biznes qanuni şəkildə “WhatsApp Inc” olaraq quruldu.
Uğur üçün uyğunlaşma
“WhatsApp” proqramı konsepsiyasından bir neçə ay sonra 2009-cu il mayın üçündə istifadəyə verildi. Tətbiq əvvəlcə uğursuz oldu. Lakin bir ay sonra “Apple” şirkəti “push” bildirişlərinə icazə vermək üçün “iPhone”larda proqram təminatını yenilədi. Bu hərəkət isə Kumun bütün planını dəyişdi. O, insanların sosial şəbəkələr ətrafında tətbiq qurmaq strategiyasını yenidən işlədi. Bundan əlavə, “WhatsApp” işə salınmazdan əvvəl Akton investisiya və biznes strategiyasında Kuma kömək etmək üçün işə qoşuldu. Həmin ilin sentyabrında tətbiqin yeni versiyası buraxılır və bu çox uğurlu olur. Akton “Wired”ə açıqlamasında, bundan sonra şirkətin sürətlə inkişaf etdiyini və nəticədə müxtəlif biznes modelləri ilə təcrübə aparıldığını bildirib: “Biz pulsuz olanda çox sürətlə böyüyəcəkdik – gündə 10.000 yükləmə. Və ödəniş etməyə başladığımız zaman gündə 1000-ə qədər azalmağa başlayardıq”. Bu, biznesin sürətlə böyüməsinə kömək etdi. Nəhayət, tətbiq ilk istifadədən sonra illik 99 sentlik ödənişlə sabitləşdi. Böyümə və qazancın sürətlə artması ilə cütlük düzgün formul tapmışdı.
Şirkətin miqyası necə böyüdü?
Yeni təqdimatın müvəffəqiyyətli olmasından sonra şirkət mesajlaşma xidmətlərinin miqyasının böyüməsinə kömək edə biləcək investorlar axtarmağa başladı. Həmin ilin oktyabrında Akton “Yahoo”dakı bir neçə keçmiş həmkarını onların biznesinə 250.000 dollar sərmayə yatırmasına nail ola bildi. Akton biznes əlaqələrini idarə edərkən, Kum proqramı təkmilləşdirmək və daha çox istifadəçi qazanmaq üçün funksionallığı artırmaq yönündə çalışmağa davam etdi. “WhatsApp” perspektivli artım əlamətləri göstərsə də, onu işə salmaq ucuz deyildi. Məsələn, SMS doğrulama mətnlərinin dəyəri biznesə ayda minlərlə dollara başa gəlirdi ki, bu rəqəm onların 2010-cu ildəki aylıq 5000 dollarlıq mənfəətinə demək olar ki, uyğun deyildi. Buna baxmayaraq, təsisçilər ilk bir neçə ildə maaş almamağa razılaşdılar. Bundan əlavə, onlar öz büdcələrindən pullarını startaplara yatırdılar. Kumla Aktonun əzmkarlığı, fədakarlığı və zəhməti öz bəhrəsini verdi. 2011-ci ilə qədər pullar büdcəyə daxil olmağa başladı. Müəssisə kapitalistləri proqrama daxil olmaq istədikləri halda, Kum və Akton “gəmiyə” hər kəsi gətirməkdə bir qədər tərəddüd etdilər. Onlar hər şeyi öz istədikləri kimi həyata keçirməkdə ciddi idilər - heç bir reklam olmayacaqdı. Hər iki həmtəsisçi buna tamamilə nifrət edirdi. Əslində, bu xüsusi məqam, illər sonra şirkətdən uzaqlaşmalarında əhəmiyyətli rol oynadı. İnvestorlar baxımından onlar “Sequoia Capital”dan Cim Getz ilə münasibət qurdular. Getzin onların maraqlarını ən yaxşı şəkildə təmsil etdiyi və reklamla bağlı müəyyənləşdirdiyi şərtlərlə razılaşdığı görünürdü. 2011-ci ildə cütlük “Sequoia Capital”dan səkkiz, 2013-cü ildə isə 50 milyon dollar qazandılar. Əlavə pul daha çox böyüməyə imkan verdi. Şirkət ofis sahəsini təkmilləşdirdi, işçilərinin sayını artırdı, tətbiqə kritik düzəlişlər, yeni funksiyalar əlavə etdi və bu yanğın kimi yayılmağa başladı. Məsələn, 2013-cü ilin aprelindən 2014-cü ilin fevralına kimi, “Facebook” “WhatsApp”ı satın aldıqdan sonra istifadəçi sayı 265 milyon nəfərə çatmışdı.
19 milyard dollardan vaz keçə bilmədilər
2014-cü ildə “Facebook” “WhatsApp”ın həmtəsisçilərinə imtina edə bilməyəcəkləri bir təklif irəli sürdü - 19 milyard dollar. Həm Kum, həm də Akton bir neçə ildir ki, “Facebook”la ortaqlıqda qaldıqları halda, reklam və istifadəçilərin məxfiliyinin qorunması ilə bağlı problemlərə görə sonda “WhatsApp”dan ayrılmalı oldular. Bunlar biznesin əsasını qoyulduğu iki prinsip idi. Proses zamanı Akton bu iş üçün 850 milyon dollar qoyduğunu qeyd etdi. Onun bir az pis “qan” olduğu aydın idi. Akton getdikdən sonra hətta “#”Facebook”uSil” hərəkatında da iştirak edib. Kum daha mehriban olsa da, Akton ilə ayrılıq onun da rəhbərliyi ilə qurulan “Whatsapp”ın əsas təməl inanclarla bağlı mübahisələrə görə idi.
Xeyriyyəçilik
Ayrıldıqdan sonra “Whatsapp”ın həmtəsisçisi Brayan Akton və həyat yoldaşı Teqan üç xeyriyyə təşkilatı - “Sunlight Giving”, “Acton Family Giving” və “Solidarity Giving” üçün çətir funksiyasını daşıyan “Wildcard Giving”i (Hazırda fəaliyyəti dayandırılıb) qurdular. “Wildcard”ın veb saytında izah edildiyi kimi, bu qeyri-kommersiya təşkilatları kollektiv şəkildə şəxsin ləyaqət, səlahiyyət, ədalət və öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirdi. Birlikdə onlar daha çox vətəndaş dəyərləri, kollektiv məsuliyyət və ümumi insanlıq üçün çalışırdılar. İndiyə qədər cütlüyün xalis sərvətləri azalsa da, xeyriyyəçilik işlərinə 1 milyard dollar ianə edərək böyük yollarla itirdiklərini geri qaytarıblar. Yan Kum da xeyriyyə işlərini dəstəkləyir. 2016-cı ildə yaradılan “Kum Ailəsi Fondu” (Koum Family Foundation) 2018-ci ildə Stenford Universitetinə 10 milyon, yəhudi və İsraillə əlaqəli işlərə isə onmilyonlarla dollar bağışlayıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay