BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
32647

Səudiyyə Ərəbistanının Pro Liqa komandaları yay transfer pəncərəsində Avropanın əksər top-klublarını üstələyib ümumilikdə 955,87 milyon avro xərcləyib. 

Valyuta.az xəbər verir ki, ən çox pul xərcləyən 10 klubdan üçü Səudiyyə Ərəbistanı Pro Liqasını tərk edib. Portuqaliyalı mütəxəssis Xorxe Xesusun rəhbərlik etdiyi “Al-Hilal”a transfer olunan Neymar 90 milyon avro qiyməti ilə liqanın ən bahalı futbolçusu adını ələ keçirib. Səudiyyə Pro Liqası 2023-2024 yay transfer dövründə ən çox pul xərclənən futbol liqaları arasında yalnız ingilislərdən geri qalır. Dünyanın aparıcı liqalarından biri olmaq məqsədi ilə futbola böyük sərmayələr qoyan ərəblər elit oyunçuların Çin klublarına 2015-2020-ci illərdə transfer axınını ağıllara gətirsə də, yay fasiləsində böyük diqqət çəkdi. 

Kriştiano Ronaldonun 2022-ci ilin dekabrında "Al-Nassr"a transferi ilə başlayan proses, Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun "Al-Ahli", "Al-Hilal", "Al-İttihad" və "Al-Nassr"ın 75 faizini ələ keçirməsi ilə davam etdi. Səudiyyənin Pro Liqa klubları Ronaldodan sonra yüksək maaş alan Kərim Benzema, Neymar kimi ulduzların diqqətini çəkdi. Ərəb klubları heyətinə Sadio Mane, N'Qolo Kante, Riyad Mahrez və Roberto Firmino da daxil olmaqla bir çox yüksək səviyyəli oyunçuları qatdı.

“Transfermarkt”in hesablamasına görə görə, Səudiyyə Ərəbistanı Pro Liqasının 18 klubu transferlərə ümumilikdə 2,81 milyard avro ayıran İngiltərə Premyer Liqası təmsilçilərindən sonra 955,87 milyonluq xərclə ikinci yerdə qərarlaşıb. Klubların yay transfer xərcləri siyahısında İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı Pro Liqasını 898,64 milyon avro ilə Liqa 1 (Fransa) və 854,83 milyon avro ilə A Seriyası (İtaliya) izləyir. Bu müddət ərzində Bundesliqada (Almaniya) transferlərə 748, La Liqada (İspaniya) isə 440,85 milyon avro xərclənib. 

2023-2024 yay transfer dövründə ən çox pul xərclənən 10 futbol liqası aşağıdakılardır.

İngiltərə Premyer Liqası - 2.81 milyard avro
Səudiyyə Ərəbistanı Pro Liqası - 955,87 milyon avro
Fransa Birinci Liqası - 898,64 milyon avro
İtaliya A Seriyası - 854,83 milyon avro
Almaniya Bundesliqası - 748 milyon avro
İspaniya La Liqası  - 440,85 milyon avro
Niderland Erediviziyası - 230,75 milyon avro
İngiltərə Çempionşipi - 213,16 milyon avro
Portuqaliya Premyer Liqası - 190,53 milyon avro
Belçika Birinci Liqası - 156,62 milyon avro

Ümumilikdə 11 futbolçu üçün 464,1 milyon avro ödəyən İngiltərə Premyer Liqa komandası "Çelsi"nin başçılıq etdiyi siyahıda "Al-Hilal" (353,1 milyon avro) ikinci, "Al-Ahli" (200,99 milyon) səkkizinci, "Al-Nassr" (165,1 milyon avro) 10-cu yerdədir. Neymarla yanaşı, Malkomu 60, Ruben Neveşi 55 və Aleksandr Mitroviçi 52,6 milyon avroya transfer edən "Al-Hilal"ın heyətində Səudiyyə Pro Liqasında ən yüksək transfer qiyməti olan 5 futbolçudan 4-ü var. "Al-Nassr"ın "Portu"dan 60 milyon avroya transfer etdiyi Otavio bahalı oyunçular sırasında ikinci yeri Malkomla bölüşür.

Səudiyyə Ərəbistanı Pro Liqası klublarının 2023-2024-cü il yay transfer dövründəki diqqət çəkən transferləri bunlardır:

“Al-Hilal”

Neymar - 90 milyon avro (PSJ)
Malkom - 60 milyon avro (“Zenit”, Rusiya)
Ruben Neveş - 55 milyon avro (“Vulverhempton”, İngiltərə) 
Aleksandr Mitroviç - 52,6 milyon avro (“Fulhem”, İngiltərə)
Sergey Milinkoviç-Saviç - 40 milyon avro (“Latsio”, İtaliya)
Xalidu Kolibali - 23 milyon avro (“Çelsi”, İngiltərə)
Bono - 21 milyon avro (“Sevilya”, İspaniya)
Hassan Tambakti - 11,5 milyon avro(“Al-Shabab”, Səudiyyə Ərəbistanı)
Ümumi - 353,1 milyon avro

“Al-Ahli”

Qabri Vieqa - 40 milyon avro (“Selta”, İspaniya)
Riyad Mahrez - 35 milyon avro (“Mançester Siti”, İngiltərə)
Rocer İbanez - 30 milyon avro (“Roma”, İtaliya)
Allan-Saint Maksimin - 27,2 milyon avro (“Nyukasl”, İngiltərə)
Merih Demiral - 20 milyon avro (“Atalanta”, İtaliya)
Eduard Mendi - 18,5 milyon avro (“Çelsi”, İngiltərə)
Frank Kessi - 12,5 milyon avro (“Barselona”, İspaniya)
Firas Al-Buraikan - 9,83 milyon avro (“Al-Fateh”, Səudiyyə Ərəbistanı)
Abdullah Al-Ammar - 6,23 milyon avro (“Damac”, Səudiyyə Ərəbistanı)
Bassam Al-Hurayji - 985 min avro(“Al-Batin”, Səudiyyə Ərəbistanı)
Saad Balobaid - 748 min avro (“Al-Taavun”, Səudiyyə Ərəbistanı)
Roberto Firmino - azad agent (“Liverpul”, İngiltərə)
Ümumi - 202,99 milyon avro

“Al-Nassr”

Otavio - 60 milyon avro (“Porto”, Portuqaliya)
Sadio Mane - 30 milyon avro (“Bavariya”, Almaniya)
Aymerik Laporte - 27,5 milyon avro (“Mançester Siti”, İngiltərə)
Seko Fofana - 25 milyon avro (“Lans”, Fransa)
Marselo Brozoviç - 18 milyon avro (“İnter”, İtaliya)
Aleks Telles - 4,6 milyon avro (“Mançester Yunayted”, İngiltərə)
Ümumi - 165.1 milyon avro

“Al-İttihad”

Fabinyo - 67 milyon avro (“Liverpul”, İngiltərə)
Jota - 29,1 milyon (“Seltik”, Şotlandiya)
Luiz Felipe - 22 milyon avro (“Real Betis”, İspaniya)
Faysal Al-Hamdi - 11,72 milyon avro (“Al-İttifaq”, Səudiyyə Ərəbistanı)
Hassan Kadeş - 9,88 milyon avro (“Al-Taavun”, Səudiyyə Ərəbistanı)
Karim Benzema - azad agent (“Real”, İspaniya)
Nqolo Kante - azad agent (“Çelsi”, İngiltərə)
Ümumi - 119.39 milyon avro

“Al-İttifaq”

Cordan Henderson - 14 milyon avro (“Liverpul”, İngiltərə)
Demaray Qrey - 9,3 milyon avro(“Everton”)
Corciniyo Viynaldum - 8 milyon avro (PSJ, Fransa)
Cek Hendri - 5 milyon avro (“Brügge”, Belçika)
Mussa Dembele - azad agent (“Lion”, Fransa)
Ümumi - 36,3 milyon avro

“Al-Shabab”

Habib Diallo - 18 milyon (“Strasburq”, Fransa)
Yannik Karrasko - 15 milyon avro (“Atletiko”, İspaniya)
Qustavo Kuellar - 1,38 milyon avro (“Al-Hilal”, Səudiyyə Ərəbistanı)
Roman Saiss - icarə (“Al-Sadd”, Səudiyyə Ərəbistanı)
Ümumi - 34, 38 milyon

“Al Taavun”

Musa Barru - 8 milyon avro (“Bolonya”, İtaliya)
Andrey Kirotto - 4 milyon avro (“Nant”, Fransa)
Mateus Nqoya Qrampus - 2,8 milyon avro
Flavio - 182 min avro (”Trabzonspor”, Türkiyə, icarə)
Ümumi - 14,98 milyon

“Al-Fayha”

Moda Sakala - 4,65 milyon avro (“Qlazqo Reyncers”, Şotlandiya)
Henri Onyekuru - 3,2 milyon avro (“Adana Demirspor”, Türkiyə)
Abdelhamid Sabiri - 300 min avro (“Fiorentina”, İtaliya, icarə)
Ümumi - 8,15 milyon 

“Damac”

Assan Sisay - 2,8 milyon avro (“Leççe”, İtaliya)
Nikola Stanku -2,5 milyon avro (“Vuhan Three Towns”, Çin)
Georges-Kevin Nkodu - azad agent (“Beşiktaş”, Türkiyə)
Ümumi - 5,3 milyon avro

“Al-Khaleej”

Xaled Narey - 2 milyon avro (PAOK, Yunanıstan)
Mohamed Şerif  - 1,37 milyon (“Al-Ahli”, Səudiyyə Ərəbistanı)
İbrahim Şehiç - 700 min avro (“Konyaspor”, Türkiyə)
Lisandro Lopez - azad agent (“Tixuana”, Meksika)
Ümumi - 4,07 milyon avro

“Al-Tai”

Marko Duqanziç - 2 milyon avro (“Rapid”, Rumıniya)
Andrey Kardea - 1,32 milyon avro (FCSB, Rumıniya)
Bernard Mensa - azad agent (“Kayserispor”, Türkiyə)
Enzo Roko - azad agent (“Elçe”, İspaniya)
Ümumi - 3,32 milyon

“Abha”

Karl Toko Ekambi - 1,5 milyon avro (“Lion”, Fransa)
Qreqor Kriçovyak - azad agent (“Krasnodar”, Rusiya)
Ümumi - 1,5 milyon avro

“Al-Hazem”

Faiz Selemani - 1,5 milyon avro (“Kortriyk”, Belçika)

“Al-Vehda”

Cavad El Yamiq - 1,2 milyon (“Valyadolid”, İspaniya)
Odion İqalo - azad agent (“Al-Hilal”, Səudiyyə Ərəbistanı)
Ümumi - 1,2 milyon avro

“Al-Okdod”

Andrey Burça - 1 milyon (“ÇFR Kluj”, Rumıniya)
Ahmad Mostafa - 92 min avro (“Smuha”, Misir)
Ümumi - 1.09 milyon avro

“Al-Riyad”

Xuanmi - 1 milyon avro (“Real Betis”)

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin