İclasda xəyallar qurursunuzsa... - İşinizdən bezdiyinizin 5 əlaməti
Karyera həyatı eniş-yoxuşlarla doludur. Bu uzunmüddətli səyahətdə bəzən fərqli hisslərin təsirindən davranışlarımız dəyişə bilər. Fərqinə varmadan etdiyiniz bəzi davranışlar işinizdən xoşbəxt olmadığınızın göstəricisi ola bilər. Bu davranışlar hansılardır?
İclaslara getmək istəməmək
Bəzən həyat qayğıları diqqətinizi nəyəsə tam yönəltməyə mane olur. Bu normaldır, amma vacib bir iclasda olduğunuz zaman daim xəyallar qurursunuzsa və ya başqa şeylər haqqında düşünürsünüzsə, bu, iclasa maraqsız olduğunuz üçün ola bilər.
İş yoldaşlarına həsəd aparmaq
Həmkarlarınızın uğurla həyata keçirdikləri bir layihə haqqında həyəcanla danışarkən, siz eyni həyəcanı hiss etmirsinizsə, bu vəziyyət yaxşı deyil. Ola bilsin ki, siz zövq aldığınız bir karyeraya necə sahib olmaq haqqında düşünürsünüz və ya bunun necə hiss olduğunu bilirsiniz, sizin üçün adiləşib deyə, söhbətə qoşulmursunuz. Hər iki vəziyyət karyera həyatınızda düzgün getməyən nə isə olması deməkdir.
Tez-tez saata baxmaq
Saata baxmaq işdə darıxdığınızın ən bariz əlamətidir. Təbii ki bir-birindən yavaş keçən günlər ola bilər, ancaq davamlı olaraq saatları sayırsınızsa, indiki işinizdən razı qalmadığınızı söyləmək olar.
Karyera imkanlarının maraqsız olması
Vəzifədə yüksəlmək daha çox maaş və yeni bir titul gətirir, lakin səhər sizi yataqdan həvəslə oyandırmaya bilər. Əgər tam olaraq belə bir şey yaşayırsınızsa, demək olar ki, hədəfləriniz şirkətin karyera yüksəlişi imkanları ilə uyğun gəlmir.
Eyni sahədə yeni bir işə başlamaq istəksizliyi
Eyni sahədə fərqli bir şirkətdə yeni bir işə başlamağa istəyiniz yoxdursa, bu, seçimlərinizin tükənməyi demək deyil. Ümumiyyətlə, siz şirkətdən aslı olmayaraq həmin sahədən sıxıla bilrəsiniz.
Bəs siz bunu necə düzəldə bilərsiniz?
Bütün bu əlamətləri düzgün başa düşmək vacibdir. Əks halda, düzgün qərar verməyə çalışarkən səhv addım ata bilərsiniz. Karyeranızda bu işarələri görmək həm də indi etdiyinizdən daha yaxşısını edə biləcəyinizi ifadə edə bilər. Əgər şirkətinizi sevirsinizsə, lakin işinizin darıxdırıcı olduğunu görürsünüzsə, daha maraqlı layihələr üzərində çalışan digər komandalara dəstək olmağın yollarını axtara bilərsiniz. Siz həmçinin menecerinizlə karyera məqsədlərinizə çatmaq yolunda komandanıza necə daha çox dəyər qata biləcəyiniz barədə səmimi söhbət edə bilərsiniz.
Problemin mənbəyinin mövcud şirkət və ya sahə olduğunu düşünürsünüzsə, dəyərlərinizə, məqsədlərinizə və maraqlarınıza uyğun başqa işlər axtarmağa başlaya bilərsiniz.
Qarakişi
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay