Ərəblərin pulla “tələyə salmaq” istədiyi Salah
“Liverpul” ulduz futbolçusu Məhəmməd Salahı buraxmaq niyyətində deyil.
Valyuta.az xəbər verir ki, buna baxmayaraq Səudiyyə Ərəbistanı təmsilçisi "Al-İttihad" isə misirli hücumçunu almaq niyyətindən vaz keçmir. Ərəb klubu Salahı pulla tələyə salmaq istəyir.
Salah 150 milyon funt-sterlinqlik təklifi rədd etdiyi üçün Yaxın Şərq klubu daha çox, 200 milyon funt-sterlinq ödəməyi nəzərdən keçirir. Bununla belə, “Liverpul” təklif edilən heyrətamiz məbləğə baxmayaraq Salahı satmaqdan imtina etməkdə israrlıdır .
“Al-Ittihad”a yaxın olan xəbər mənbələri, transfer pəncərəsi bağlanana qədər sövdələşməni başa çatdırmaq üçün artıq çox gec ola biləcəyini yazırlar. Ərəblər bu yay Salahı ala bilməyəcəkləri təqdirdə "B planı" işə düşəcək. Yəni növbəti, qış transfer pəncərəsində yenidən ona təklif olunacaq. “Al-İttihad” yay mövsümündə heyətini fəal şəkildə gücləndirmişdi. Klub yüksək profilli futbolçuları Kərim Benzema, Fabinyo və N'Qolo Kante ilə yanaşı Salahın da hücum xəttinə əlavə edilməsi ilə çempion titulunu qorumaq şanslarını daha da artırmaq istəyirdi.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay