Özünü itə çevirən yapon ilk dəfə yeni şəkildə göründü (VİDEO)
Yüz minlərlə pula başa gələn transformasiya ilə özünü itə çevirən yaponiyalı yeni görünüşü ilə ilk dəfə kamera qarşısına çıxıb.
Valyuta.az xəbər verir ki, it olaraq Toko adını seçən yaponiyalı bu transformasiyaya son iki il ərzində 12,480 funt sterlinqdən çox pul xərcləyib. Bu maraqlı arzu bir çoxlarının diqqətini çəkib və Tokonun itə çevrilməsi internetdə viral olub. Toko hər gün gördüyü insanlardan, xüsusən də həmkarlarından kimliyini gizlətmək üçün əsl görünüşünü ortaya qoymur.
Yapon adamın tez-tez bir şüşə kola içmək və ya parkda dörd ayaq üzərində gəzmək kimi insan və ya it hərəkətləri ilə məşğul olduğu videoları paylaşdığı “@I _want_to_be_an_animal” adlı Yutub hesabının 55 mindən çox abunəçisi var. Bu videolarda Toko heç vaxt geyimli xarakterini pozmur və ünsiyyət zamanı hürməkdən başqa heç nə etmir. Toko İspaniyanın “EFE” xəbər agentliyinə özünü it kimi daha da tanıtmağa hazır olduğunu deyib. O, müsahibəsində tüklü bir görünüşə sahib olmaqdan məmnunluğunu dilə gətirib. Yaponiyalı şəxs özünü heç vaxt insan bədəni ilə tam rahat hiss etmədiyini söyləyib.
O, “Bu kostyumu geyinəndə arzularım gerçəkləşir və özümü xoşbəxt hiss edirəm. Dördayaqlı, xüsusən də şirin heyvanları xoşlayıram. Bunların arasında boyuma uyğun olan böyük bir heyvan seçməyi düşündüm. Çünki bu, real bir model olacaq, ona görə də it kostyumu almağa qərar verdim. Bu tələbi yerinə yetirərək, ən çox sevdiyim it cinsinə - Kolliyə üstünlük verdim” - deyib.
İt görünüşünü həmişəlik əldə edə bilməsə də Toko xüsusi kostyum tikdirmək üçün “Zeppet” adlı şirkətə müraciət ünvanladığını və sifarişinin təxminən 40 günə hazırlandığını söyləyib. Kostyumun tam görünüşünə caynaqlı pəncələr, uzun burun, uzun qulaqlar, quyruq və bütün bədən xəzləri daxildir. Geyimin ümumi çəkisi təxminən dörd kq-dır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay