Azərbaycanda Hadisəyə cinayət işi açıla bilər
Türkiyəli müğənni Hadisəyə qarşı cinayət işi açıla bilər.
Bu barədə Valyuta.az-a vəkil Əkrəm Həsənov Hadisənin Bakı konsertindən əldə etdiyi gəlirin hüquqi tərəflərini izah edərkən deyib.
O bildirib ki, qanunvericiliyə əsasən, Hadisə Azərbaycanda keçirdiyi konsertdən əldə etdiyi gəlirdən ən azı 10 faiz vergi ödəməlidir:
“Bundan əlavə, vaxtında ödənilməyən verginin üstünə faiz gəlir. Buna görə müğənni ən azı 50% həcmində cərimə oluna bilər. Üstəlik vergisini də ödəməlidir. Əgər vergisini ödəməsə, onu cinayət məsuliyyəti gözləyə bilər”.
Əkrəm Həsənov bundan əlavə müğənninin bir neçə illik azadlıqdan məhrumetmə cəzası gözləyə biləcəyini vurğulayıb.
Qeyd edək ki, türk müğənnisi Hadisə Bakıda keçirdiyi konsertindən 5 milyon lirə (328000 manat) qazanıb.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay