BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
31855

Gündəlik həyatda hər gün eşitdiyimiz, yazılarda gördüyümüz iqtisadi terminlər var. Eşidirik, oxuyuruq, lakin onların bəzən çoxunun mənalarını bilmirik. 

Bəs görəsən, daha çox eşitdiyimiz, lakin əksər hallarda bilmədiyimiz o terminlər hansılardı?

Valyuta.az həmin iqtisadi terminlərdən bir neçəsinin izahını təqdim edir:

Büdcə -  hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. İngiliscə "budget" - "çanta" sözündən götürülmüşdür.

Biznes -  Ticarət, iş, sövdələşmə deməkdir. Kommersiya, sənaye və peşəkar fəaliyyətlə məşğul olan təşkilat və ya sahibkarlıq subyekti olaraq başa düşülür. 

Birja – latınca pul kisəsi deməkdir. Əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür.

Bazar - Zahirən mübadilə, tədavül sferalarında, alqı-satqı mühitində təşəkkül tapan, lakin istehsal sistemləri ilə bağlı olan iqtisadi əlaqələr sistemidir. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir.

Cash back - xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması prosesidir. Bu adətən hər hansı məhsula və ya bankın hər hansı kartına tətbiq edilir. Məqsəd isə müştərilərin diqqətini cəlb etmək və rəqabətdə önə çıxmaqdır.

Depozit – Fiziki və hüquqi şəxslərin bankda saxlanılan pul vəsaitləridir. Bu vəsaitlər əmanətçiyə bankla imzalanmış müqavilədə əks olunan uçot faizləri formasına müəyyən gəlir qazandırır. Depozit həm banka, gəm də əmanətçiyə eyni anda fayda verir.

Devalvasiya - Devalvasiya bir ölkənin öz valyutasının dəyərini digər ölkə valyutalarına nisbətdə azaltmasıdır. Yəni, dövlət tərəfindən ölkə iqtisadiyyatına edilmiş müdaxilədir.

Kredit - Fiziki və ya hüquqi şəxsə məhsul, xammal, məmulat və s. alıb müəyyən müddət keçdikdən sonra pulunu ödəmək imkanı verən maliyyə xidmətidir.

Kapital - Sərmayə, sərvət, əmlak, istehsal vasitələri və s. hamısı birlikdə kapital hesab olunur; bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalan payı da kapital adlandırılır.

Kompensasiya - Bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsidir. Latın dilindən götürülüb. Latın dilində compensatio, compensare - tarazlaşdırmaq, ödəmək deməkdir. 

Lisenziya - Ayrı-ayrı şəxslərə və ya təşkilatlara müəyyən iş görmək üçün ixtiranı, biliyi, təcrübəni və s. istifadə etməyə görə verilən icazə nəzərdə tutulur.

Pensiya - Müəyyən əmək stajı olanlara, şikəstlərə, qocalara və s. dövlət tərəfindən verilən pul təminatıdır.  

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Rüsum - Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergidir.  Ərəbcə  "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin olub,  bəzən rüsumat da adlandırılıb.

Sığorta - Şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Tender  - Bu söz bir neçə mənanı özündə əks etdirir.  Tender dedikdə hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə, əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması, açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması və s. nəzərdə tutulur.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin