İş müsahibəsində edə biləcəyiniz 6 bədən dili səhvi
Eyni işə müraciət edən namizədlər arasında bir çox oxşar xüsusiyyətlər ola bilir. Ona görə, namizədlər arasındakı fərq müsahibə zamanı göstərdikləri münasibət və davranışlarda da aydın görünür. Bədən dilinin istifadəsi iş müsahibəsi zamanı çox vacib məqamlardandır. Bu səbəbdən iş müsahibələrində ən çox rast gəlinən bədən dili səhvlərini bir araya gətirdik.
İş müsahibəsində edə biləcəyiniz 6 bədən dili səhvi:
Göz kontaktı
Göz kontaktı ünsiyyət üçün əla üsuldur. Ancaq burada balansı qorumaq önəmlidir. Həddindən artıq göz kontaktı qurmaq sizi aqressiv və yersiz göstərə bilər, az qurmaq isə insanın dürüst olmadığını və nəyisə gizlətdiyini düşünməsinə səbəb ola bilər. Bəs, çəkingən göz kontaktı ilə və iddialı göz kontaktı arasında balansı necə qoruyaq? Yaxşı göz təması göz təmasının davamlılığına bağlıdır. Lakin, bu o demək deyil ki, 40 dəqiqə kiməsə baxmalısan. Əgər 40 dəqiqəlik müsahibədən çıxıb və həmin adamın göz rəngini yadda saxlaya bilməmisənsə, bu da yaxşı hal deyil.
Göz çevirmək
Göz təmasının yaxşı və ya pis təsiri onu necə idarə etdiyinizdən asılıdır. Məsələn, gözlərinizi çevirmək həmişə pis nəticə verəcəkdir. İnsanlar tez-tez razılaşmayanda və kimsə gülünc bir şey deyəndə, bunu edirlər. Ən böyük problem odur ki, onlar bunu etdiklərinin fərqinə belə varmırlar. Buna görə də, müsahibin etdiyiniz hər bir hərəkətdən xəbərdar olması çox vacibdir.
Duruş
Müsahibə zamanı düz oturmağa çalışmağınız tamamilə normaldır. Ancaq, bunu digər insana narahat olduğunuz təəssüratı yaratmadan etməlisiniz. Müsahibinizlə aranızdakı söhbətə həmişə maraq göstərməlisiniz.
Əl sıxma
Göz kontaktında olduğu kimi, əl sıxma da bunu necə etdiyinizdən asılı olaraq yaxşı və ya pis təəssüratlar yarada bilər. Qarşı tərəfi incitmədən möhkəm əl sıxma hər zaman yumşaq əl sıxışmaqdan daha müsbət təsir göstərir.
Masaya vurmaq
Bunu qəsdən etməsəniz belə, müsahibə zamanı barmaqlarınızı masaya vurmaq əsəbi olduğunuz düşüncəsi yarada bilər.
Səs
Bir çox insan resursları departamenti ilk müsahibəni telefon zəngi edirlər. Müsahibin sizi görə bilmədiyini düşünüb rahatlaya bilərsiniz. Ancaq, tələsməyək. Sözləri demə tərziniz, dediyiniz sözlər sizin haqqınızda çox şey ifadə edə bilər. Məsələn, əgər səsinizin tonu və hündürlüyü çox düzdürsə, qarşı tərəf nə deməsindən asılı olmayaraq, işdə çox həvəsli olmadığını düşünə bilər.
Beləliklə, bədən dilini necə inkişaf etdirə bilərsiniz?
Özünüzü videoya çəkin. Bir iş müsahibəsi üçün məşq edərkən özünüzü videoya çəkmək sizə etdiyiniz hər hansı bədən dili səhvlərini açıq şəkildə göstərəcək.
Dostunuzla məşq etmək. Dostunuzla edəcəyin bir müsahibə məşqi kənardakılara necə təəssürat yaratdığınızı öyrənməkdə faydalı ola bilər.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay