Albert Eynşteynin bu məktubu satışa çıxarıldı (FOTO)
Müasir fizikanın banisi Albert Eynşteynin dinşünaslıq müəllimi Marta Munka almanca yazdığı məktub son günlər yenidən gündəmə gəlib.
Valyuta.az xəbər verir ki, Munk Eynşteyndən müasir insanın dünyanın daha yüksək bir güc olan tanrı tərəfindən yaradıldığı fikrini elmi, biliyi ilə uzlaşdırmağın mümkün olub-olmamasını soruşmuşdu.
Eynşteynin ona 1950-ci il aprelin 11-də verdiyi cavab isə aşağıdakı kimi olmuşdu.
“Nə qədər ki, İncildəki hekayələr hərfi mənada qəbul edilir, oxuculardan hansı iman gözlənildiyi aydındır. Bununla belə, müqəddəs kitabı simvolik şəkildə şərh etsəniz, tanrının əslində insanlara bir qədər bənzəyən bir şəxs (və buna görə də tanrı deyil) kimi qəbul edilib-edilməyəcəyi artıq aydın deyil. Bu halda inancdan nəyin qaldığını ilkin mənada qiymətləndirmək çətindir. Bununla belə, məncə, az-çox elmi təfəkkürə yiyələnmiş insana kosmosun dini olaraq yaradılması fikri yaddır (əsl mənada), çünki o, hər şeyə səbəb-nəticə şərti standartını tətbiq edir. Bu, dini münasibəti təkzib etmir, əksinə müəyyən mənada onu əvəz edir”.
Nyu-Yorkun Bruklin şəhərindən yazılmış məktub ABŞ-ın “The Raab Collection” jurnalı tərəfindən 125 min dollar məbləğində dəyərləndirilib və satışa çıxarılıb. Məktub Munkun nəvələrindən alınıb və əvvəllər heç vaxt satılmayıb. “The Raab Collection”ın direktoru və “The Hunt for History” kitabının müəllifi Nathan Raab mövzu ilə bağlı açıqlamasında, “Bu məktub bütün zamanların ən böyük simalarından biri olan, indi də davam edən böyük müzakirəyə cavabı ehtiva edir. Bu mənada Eynşteynin məktubu böyük tarixi xarakter daşıyır” - sözlərini söyləyib.
Məktubun yazıldığı vaxt yəhudi olan Eynşteyn 1933-cü ildə, Adolf Hitler hakimiyyətə gəldikdən qısa müddət sonra Almaniyadan qaçıb və 10 il ABŞ vətəndaşı kimi yaşayıb. Əvvəlcə Belçikada yaşayan alim, ABŞ-yə köçməzdən əvvəl altı həftə İngiltərədə qalıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay