Maraqlı
18.07.2023 / 10:46
İspaniya nəhəngi ötən mövsüm nə qədər gəlir əldə edib? - Rəsmən açıqlandı
30467
La Liqa nəhəngi "Real" 2022-2023 mövsümündə əldə etdiyi gəlirləri açıqlayıb.
Valyuta.az xəbər verir ki, klub mövsümü 12 milyon avro qazancla bağladığını açıqlayıb. İdarə heyətinin ötən gün keçirdiyi iclasda 2022-2023-cü il mövsümünün maliyyə nəticələri təsdiqlənib.
Açıqlamaya görə, futbolçu transferləri nəzərə alınmamaqla, klubun ötən mövsüm ümumi gəliri 843 milyon avro olub. Bu da o anlama gəlir ki, ötən mövsümün qazancı Covid-19 epidemiyasındandan əvvəlki rəqəmlərdən (757 milyon avro) ilk dəfə daha çox olub. "Real"ın xalis borcunun isə 47 milyon avroya çatdığı bildirilib.
Dünyanın ən zəngin klubları arasında yer alan Madrid təmsilçisi 558 milyon avro xalis kapitala və 128 milyon avroluq sağlam maliyyəyə sahib olduğunu açıqlayıb.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay