Amerikalı həkim tərəfindən tikilmiş şəxsi adada ev 16,5 milyon dollara satılır
Florida Keys sahillərindəki şəxsi adada malikanə 16,5 milyon dollara satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "The New York Post" yazır.
Öd və mədəaltı vəzi kanallarını müayinə etmək üçün xüsusi endoskoplardan istifadə edən ilk amerikalı həkimlərdən biri kimi tanınan Klaus Mekeler 1970-ci illərin sonlarında 55 hektar ərazini satın alıb. Onda 25 min dollara alınan ada suyun içində sadəcə bir yığın daş olub. Həkim vulkan formalı qayanı hamarlayıb üzərində ev tikib.
1995-ci ildə Mekeler mülkü Uilliford ailəsinə 750.000 dollara satıb. İndi o, evi satır.
Hazırda ailə bəzən evin özündə yaşamağa gəlir və qısamüddətli kirayə də verir. Qonaqların sahildən 400 metr aralıda yerləşən malikanəyə çata bilməsi üçün ziyarətin qiymətinə qayıq daxildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay