Kainatın əmələ gəlməsi nəzəriyyəsi dəyişə bilər
ABŞ Aerokosmik Agentliyinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu (JWST) uzaq qalaktikada ən qədim superkütləvi qara dəliyi kəşf edib.
Valyuta.az xəbər verir ki, "CEERS 1019" qalaktikasının mərkəzində kəşf edilən ən qədim qara dəliyin kütləsinin Günəşdən 9 milyon dəfə böyük olduğu açıqlanıb.
Elm adamları, kainatı meydana gətirən Böyük Partlayışdan 570 milyon il sonra 13,2 milyard illik qara dəliyin necə meydana gəldiyinə təəccübləndiklərini bildiriblər. Çünki indiyə qədər qara dəliklərin Böyük Partlayışdan bir milyard il sonra meydana gəldiyi düşünülürdü.
Böyük Partlayışdan 570 milyon il sonra yeni kəşf edilmiş qara dəliyin əmələ gəlməsi kainatın məlum nəzəriyyəsinin şübhə altına alınmasına səbəb olub. Bu səbəbdən kainatın nə vaxt meydana gəldiyi ilə bağlı nəzəriyyənin dəyişdirilə biləcəyi deyilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay