Planetin ən yüksək, alimlərin sirrini aça bilmədiyi gümüşü buludları (FOTO/VİDEO)
Aydın yay gecələri səmanın şimal seqmentində sirli işıqlı gecə buludlarını müşahidə etmək üçün yaxşı fürsətdir.
Valyuta.az gümüşü buludlarla bağlı Gismeteo-nun materialını təqdim edir.
Gümüşü buludları maraqlı edən nədir?
Birincisi, onlar sanki ayrı planetlərə aiddir - parlaq qıvrımlar hər kəsin ürəyini yerindən oynada bilər.
İkincisi, onlar Yerdəki ən yüksək buludlardır. Troposfer buludları 15 km-ə qədər yüksəklikdə əmələ gəldiyi halda, bu buludlar mezosferdə - 76-85 km yüksəklikdə görünür.
Üçüncüsü, onlar hələ də tam öyrənilməyib və alimlər üçün sirr olaraq qalır. Fakt budur ki, buludların görünməsi üçün kifayət qədər su buxarı və kondensasiya nüvələri adlandırılan su buxarının kristallaşdığı hissəciklər tələb olunur.
Bəs bu zərrəciklər bu qədər yüksəkdə - praktiki olaraq kosmosda harada əmələ gəlir?! Müxtəlif fərziyyələr var: meteorik tozdan tutmuş vulkan püskürmələrinin hissəciklərinə və dəniz duzuna qədər.
Mezosfer qatında kifayət qədər miqdarda su buxarı haradan olduğu da tam aydın deyil. Bu buludların çox yüksəklərə qalxa bilən yüngül istixana qazı olan metandan ibarət olması ilə bağlı fərziyyələr də var.
Yeri gəlmişkən, bu buludlar haqda ilk xəbərlər nisbətən yaxınlarda - 1885-ci ildə, Krakatau vulkanının məşhur püskürməsindən az sonra ortaya çıxıb.
Ümumiyyətlə, alimlər bu buludların sirlərini axtardığı vaxt biz gecə səmasında onlara heyran-heyran baxırıq. İyulun 4-nə keçən gecə isə çoxlarına bu şans qismət olub: teleqramda fotoları paylaşmışıq.
Bu buludlar çox "nazik"dir – onların gümüşü "toru" vasitəsilə parlaq ulduzlar asanlıqla görünür. Digər troposfer buludları qaranlıq ləkələrə bənzəyir (bu, fotoşəkildə aydın görünür), çünki onlar aşağıda yerləşir və günəş şüaları ilə işıqlandırılmır.
Qürub zamanı parlaq dalğalı xətlər, millər, dalğalar və ya daraq görürsünüzsə - bu o buludlardır!
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay