“Mançester Siti” tarixin ən bahalı müdafiəçi transferinə yaxınlaşır
Almaniyanın "Leytspiq klubunun və Xorvatiya millisinin futbolçusu Yosko Qvardiol “Mançester Siti”yə keçsə, dünyanın ən bahalı müdafiəçisi ola bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Mənbənin məlumatına görə, “şəhərlilər” xorvat üçün 90 milyon avro və bonuslar təklif edir. Daha əvvəl jurnalist Fabrizio Romano Pep Qvardiolun komandası ilə futbolçu arasında müqavilənin şərtlərinin artıq razılaşdırdığını bildirmişdi.
Hazırda dünyanın ən bahalı müdafiəçisi İngiltərənin “Lester”indən “Mançester Yunayted”ə 87 milyon avroya keçən Harri Maquayrdır.
Transfermarkt Qvardiolun qiymətini 75 milyon avro dəyərləndirir.
Qvardiol 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yekunlarına görə, nüfuzlu futbol və idman nəşrləri tərəfindən tərtib edilmiş turnirin simvolik komandalarının heyətlərinə daxil olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay