Ağstafada Milli Qurtuluş günü ilə bağlı konsert keçirildi (FOTOLAR)
Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli Qurtuluşumuzun 30-cu ildönümü” adlı möhtəşəm bayram konserti təşkil olunub.
Ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə Ağstafa şəhərində Mərkəzi stadionun qarşısında təşkil olunmuş bayram tədbirində RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyətləri, Ağstafaya təşrif buyurmuş qonaqlar və ictimayiət nümayəndələri iştirak ediblər.
Aparıcılar, Oruc Mansırov və Dildara xanım, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günü münasibəti ilə hər kəsi təbrik edib və konsert proqramı boyunca bu tarixi yaradan, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu müstəqilliyinə qovuşdurmuş qüdrətli şəxsiyyət, ümumilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs ediblər.
Konsertdə şairə Cığatel İsaqızının çıxışı, eləcə də müğənnilərin ifasında bəstəkarların Vətənə həsr etdikləri və digər sevilən mahnılar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Bayram tədbirində yüksək əhval-ruhiyyə və izdiham müşayiət olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay