BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
28909
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə türkdilli ölk ələrdən olan jurnalistlərin qardaş ölkəyə növbəti səfəri rallaşıb. Bu dəfə media təmsilçiləri İstanbul, Sakarya və Bolu şəhərlərinə səfər edib. 29 may - 1 iyun tarixlərini əhatə edən səfərdə 4 türkdilli ölkədən - Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan jurnalistlər iştirak edib.
 
Bu səfərin özəlliyi həm də o idi ki, jurnalistlərin səfərinin ilk günü İstanbulun fəthinin 570-ci il dönümünə təsadüf edib. Belə İstanbul məhz 29 may 1453-cü ildə fəth olunub.
 
Həmin dövrdə Konstantinopol adlanan şəhər 6 aprel-29 may 1453-cü ildə mühasirədə qalıb. Nəticədə Osmanlı hökmdarı II Mehmedin komandanlığındakı birliklər Bizans İmperiyasının paytaxtı olan Konstantinopolu ələ keçirib. Bundan öncə Konstantinopol dəfələrlə mühasirəyə alınsa da, onu fəth etmək II Mehmedə nəsib olub.
 
İstanbulun fəthinin 570-ci ilində şəhərdə müxtəlif tədbirlər keçilib.
 
 
Səfərin ilk günü türkdilli ölkələrdən olan jurnalistlər İstanbul bir sıra tarixi yerləri ziyarət edib ki, onlardan da biri Sultan Əhməd Məscidi olib.
 
Sultan Əhməd Məscidi 1609-1617-ci illər arasında Osmanlı Sultanı I Əhməd tərəfindən İstanbuldakı tarixi yarımadada Memar Sedefkar Mehmed Ağa tərəfindən tikilib. Göy, yaşıl və ağ İznik qaşıları ilə bəzədildiyi, yarım günbəzləri və böyük günbəzinin içi əllə çəkilmiş əl işləri ilə bəzədildiyi üçün avropalılar tərəfindən "Göy məscid” adlandırılıb. 1935-ci ildə Ayasofyanın məsciddən muzeyə çevrilməsinən sonra Sultan Əhməd İstanbulun əsas məscidinə çevirilib.

Sultan Əhməd külliyəsiylə birlikdə İstanbulun ən böyük tarixi abidələrindən biridir. Bu kompleks məscid, mədrəsələr, sultan köşkü, arasta, mağazalar, türk hamamı, fəvvarələr, türbə, xəstəxana, ibtidai məktəb, imarətxana və kirayə otaqlarından ibarətdir. Bu tikililərin bəziləri günümüzə qədər gəlib çatmayıb.
 

Binanın memarlıq və sənət baxımından ən diqqət çəkən cəhəti 20.000-dən çox İznik çini ilə bəzədilməsidir. Bu kirəmitlərin bəzəklərində sarı və mavi tonlarda ənənəvi bitki motivlərindən istifadə edilib ki, bu da binanın sadəcə bir ibadət yeri olmadığını göstərir. Hündürlüyü 43 metr olan mərkəzi günbəzin diametri 23,5 metrdir. Məscidin içərisi 200-dən çox rəngli şüşə ilə işıqlandırılıb. Yazılarını Diyarbəkirli Seyyid Kasım Qubari yazıb. Ətrafdakı tikililərlə kompleks təşkil edir və Sultan Əhməd Türkiyənin altı minarəli ilk məscididir.
 
 
Sultan Əhməd məscidi Türkiyədə 6 minarəli 5 məsciddən biridir. Digər 4-ü İstanbuldakı Çamlıca Məscidi, İstanbul Arnavutköydəki Taşoluk Yeni Məscidi, Adanadakı Sabancı Məscidi və Mersindəki Muğdat Məscididir.
 
Minarələrin sayı bəlli olanda sultanı təkəbbürdə ittiham ediblər, çünki o dövrdə Məkkədəki Kəbədə də 6 minarə var idi. Sultan Məkkədə (Məscid-Haram) yeddinci minarəni tikdirməklə bu problemi həll edib. 
 
 
Jurnalistələr səfər çərçivəsində həmçin Qalata qalası, İstanbul Modern Sanat Muzeyi, Bəyoğlu və başqa yerlərdə olub.
 
Pərvin
Qaynarinfo.az
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Saxta qumar-kazino saytları qurub 10 milyonlarla manat mənimsəyən şəbəkə ifşa olundu (VİDEO)

Saxta qumar-kazino saytları qurub 10 milyonlarla manat mənimsəyən şəbəkə ifşa olundu (VİDEO)

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Ən yaxşı iş axtarış saytları - Siyahı

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin