Nüfuzlu mükafat alan azərbaycanlı xanımın uğur hekayəsi
“BeWorks Automation”ın təsisçisi, azərbaycanlı Fidan Cavadova avtomobillər üçün universal şarj cihazının prototipini yaratmaq üçün kraudfandinq (insanların könüllü olaraq öz vəsaitlərini və digər resurslarını hər hansı layihəni həyata keçirmək üçün birləşdirilməsi – red.) kampaniyasına başlayıb.
Valyuta.az sfera.az-a istinadən xəbər verir ki, Cavadova cihazın dizaynını tamamladıqdan sonra ilk prototipi yaratmaq üçün 25 000 funt sterlinq toplayır.
Azərbaycanlı gənc xanım bildirib ki, tamamilə elektriklə işləyən, emissiyasız gələcəyə doğru irəlilədikcə, müsbət dəyişikliklərə rəhbərlik etmək və hər kəsi, xüsusən də həssas icmaları səyahətə cəlb edən inklüziv həllərin həyata keçirilməsi vacibdir.
Onun fikrincə, elektrik avtomobillər üçün batareyaların enerji ilə doldurulmasına universal yanaşma olmalıdır:
“Bizim missiyamız günəş enerjisi və digər mənbələr hesabına enerji ilə təchiz edilən elektrik doldurma nöqtələri şəbəkəsini istehsal etmək, işlətmək və böyütməklə hər bir elektrikli avtomobil sürücüsünə rahat elektrik doldurma təcrübəsi təqdim etməkdir”.
Cavadovanın yaşıl enerji, elektrikləşdirmə və karbonsuzlaşdırma sahəsindəki fəaliyyəti “British Council” tərəfindən qiymətləndirilib və ona 2021-ci ildə "Əlahəzrət Səfir" mükafatı təqdim edilib.
Qeyri Avropa İttifaqı vətəndaşı kimi Cavadova Azərbaycandan bu şərəfə layiq görülən ilk qadındır. Bu mükafatın ona verilməsi Cavadovanın innovativ, real və genişləndirilə bilən biznes ideyalarının zəngin olması ilə bağldır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay