Azərbaycanda iş başında ölən yüksək vəzifəli məmurlar (SİYAHI)
Azərbaycan cəmiyyətində vəzifəli şəxslə bağlı müxtəlif informasiyalar həmişə maraq doğurub. İstər onların tutduğu yüksək postlarından ayrılması, istərsə də qapılarını “ölüm mələyi”nin və yə maskalı iri cüssəli hüquq-mühafizə orqanı əməkdaşlarının döyməsi məlumatları diqqət çəkib.
Son 5 ildə Azərbaycanda vəzifədə olarkən dünyadan köçən məmurların bir qismindən bəhs edəcəyik. Vəfatı ilə xəbərə çevrilən və diqqət mərkəzinə düşən həmin şəxslərin siyahısını təqdim edirik:
Azərbaycanın sabiq energetika naziri Natiq Əliyev 2017-ci ildə ürək tutmasından sonra müalicə üçün Bakıdan Türkiyəyə aparılmışdı. “Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 2018-ci ildə vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır.
Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov 2018 ci ilin aprelində 71 yaşında vəfat edib. O, öldüyü anadək nazir müavini işləyirdi.
Vəzifədə olarkən dünyasını dəyişən daha bir nazir isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov olub. O, 2018-ci ildə uzun sürən ağır xəstəlikdən sonra müalicə aldığı İsraildə vəfat etmişdi.
Milli Məclisin 82 yaşlı deputatı, parlamentin Hesablayıcı komissiyasının rəhbəri, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov 2020-ci ilin 4 avqustunda vəfat edib.
Uzun müddət xəstəlikdən əziyyət çəkən olan mərhum fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da vəzifədə olarkən dünyadan köçən nazirlərimizdəndir. O, ötən ilin aprelində ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.
2021-ci ildə vəzifə başında ölən məmurlardan biri Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov olub. Sədr 2021-ci ildə koronavirusun qurbanı olmuşdu.
Cəbrayıl Rayon Məhkəməsinin sədri Mehman Nuriyev də uzun sürən xəstəlikdən sonra 2021-ci ildə 63 yaşında dünyasını dəyişmişdi.
Bu il vəfat edən vəzifəlilərdən isə Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirovun adını çəkmək olar. 2020-ci ilin yanvarında Bakıda hotellərin birinə məxsus idman zalında anidən halı pisləşdiyi üçün təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
2022-ci il vəzifə başında ölən daha bir məmur isə maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə oldu. 1999-cu ildən bu vəzifədə işləyən məmur uzun sürən xəstəlikdən sonra aprel ayında vəfat etdi.
Müavinini itirən tək nazir Samir Şərifov olmadı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov da bu ilin avqustunda uzun müddət mübarizə apardığı xəstəliyə qalib gələ bilmədi.
Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəisi Elçin Mirzəxanov da bu ilin 22 sentyabrında dünyasını dəyişib.
Mənbə: Ölkə.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay