Toy biznesi ağır durumda - Böhran müğənniləri də “vurdu”
"Azərbaycan toylarında sənətçilərin toy qiyməti aşağı düşüb”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Pərvin Səfərov deyib. Onun sözlərinə görə, əvvəllər 20 minə toya gedən müğənnilər indi 10 minə oxuyurlar:
"Pandemiyadan əvvəl rayonlara ansambl ilə 350 manata gedən müğənnilər indi 500 manata gedirlər. Elə müğənnilər də var ki, aşağı qiymətə gedir. Çünki müğənni çoxdur, toy da az. Bakı toylarında isə fərqlidir. Elə müğənni var ki, toy qiymətini çox aşağı endirib”.
Sənətçi deyir ki, müğənnilərin toy qiymətinin aşağı enməsinə səbəb ölkədə baş verən bahalaşmadır:
"Hər şey baha, oxuyan çox, camaatın da pulu yoxdur. Məsələn, Nadir Qafarzadə 10 minə gedir. Müğənnilərin çoxusu ansambl ilə gedir, yaxşı da musiqiçilər aparırlar. Sıradan musiqiçi olanda 50-60 manat , seçilən musiqiçilərə 300-400 manat verirlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay